Məşqçilərsiz qalan “Azəryol”dan əzmkar qələbə

16.03.2024
1977
Paylaş:

Qadın həndbolçuların Azərbaycan çempionatında 14-cü tura start verilib. Turun açılış matçında lider “Qarabağ”la mükafatlara iddialı “Azəryol” üz-üzə gəlib. Beynəlxalq dərəcəli referilər Ələkbər Ağakişiyevlə Vaqif Əliyevin idarə etdiyi oyunun deleqatı (Avropa Həndbol Federasiyasının nümayəndəsi) İsgəndər Əsgərov olub. “AHF Arena”da keçirilən qarşılaşma gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Bu oyunda əksəriyyət nominal ev sahibinin qələbəsinə inanırdı. Amma, qonaqların da uğurlu nəticəsinə ümid bəsləyənlərin sayı az deyildi. Hər iki komandanın ifasındakı əzmkar oyun elə ilk dəqiqələrdən matçın gərgin alınacağından xəbər verirdi. Bu cür düşünənlər yanılmayıblar. Xala xal prinsipi ilə davam edən qarşılaşmanın fasiləsinə “Azəryol” 1 xal fərqi ilə üstün yollanıb - 15:14. Oyunun ikinci hissəsi daha gərgin anlarla yadda qalıb. Əvvəlcə hakimin qərarlarına sistematik etirazlara görə “Azəryol”un baş məşqçisi Aleksandr Revva qırmızı vərəqə ilə cəzalandırılıb. Ardınca qonaqların oyunçusu Elnarə İbrahimova komandasını azlıqda qoyub. Bu azmış kimi, komandanın köməkçi məşqçisi Yelena Namaliyevaya da etirazlara görə qırmızı vərəqə göstərilib. Bununla belə ruhdan düşməyən “Azəryol” yüksək əzmkarlıq sayəsində matçı qələbə ilə bitirməyi bacarıb - 27:25. 
Xalların sayını 17-yə çatdıran “Azəryol” eyni xala malik “Kür”lə 2-ci, 3-cü yeri bölüşür. Xal itkisinə baxmayaraq “Qarabağ” aktivindəki 20 xalla çempionatın vahid lideridir.

Digər Xəbərlər

Mayın 30-u həndbol üzrə 2023/2024 mövsümünə yekun vurulacaq

1576 29.05.2024

Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - ISR (İsrail) 32:31

1957 13.08.2023

Avropa Kuboku: Azəryol (Azərbaycan) - Qaliçanka (Ukrayna) 22:36 (12:15)

1387 05.10.2024

“Azəryol” “Çağırış kuboku”nda mübarizəyə qələbə ilə başlayıb

2121 19.11.2017

Yeniyetmə həndbolçular yarışlarda iştirak ediblər

2474 03.06.2022

Millimiz Portuqaliya ilə oyunlara hazırlaşır

2265 17.10.2022

"Azərsu"nun çempionluğu rəsmiləşdi

2426 26.04.2018

Qadın həndbolçularımız təlim-məşq toplanışına qatılacaq

2108 15.03.2017