Şağan Olimpiya İdman Kompleksində 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyi və 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may - Müstəqillik Gününə həsr olunmuş Bakı şəhər birinciliyinə start verilib.
Yarışın açılış mərasimində iştirak edən Azərbaycan Həndbol Federasiyasının əməkdaşları İsgəndər Əsgərov və Lyudmila Şubina komandaların sayının artmasının həndbolun inkişafından xəbər verdiyini vurğulayıb. Yaxın zamanda həndbol üzrə növbəti Azərbaycan çempionatının keçiriləcəyini də diqqətə çatdıran federasiya nümayəndələri iştirakçılara uğurlar arzulayıblar.
Yarışın ilk günündə qılzardan ibarət komandalar bir, oğlanlar isə iki dəfə meydana çıxmaqla, ümumilikdə üç oyun keçirilib. Açılış matçında "6 saylı İOEUGİM-1" komandası "6 saylı İOEUGİM-2" kollektivinə 10:7 hesabı ilə qalib gəlib.
Oğlanlar arasındakı ilk qarşılaşmada “Bakı 2” (6 saylı İOEUGİM) komandası "Gəncə" komandasını 20:19 hesabı ilə üstələyib. Günün son görüşündə "Mingəçevir" və "Bakı 3" komandaları üz-üzə gəliblər. Maraqlı mübarizə şəraitində keçən oyun "Mingəçevir" həndbolçularının 21:14 hesablı qələbəsi ilə yekunlaşıb.
Yarışlar iyunun 5-dək davam edəcək.
Klublarımızın rəqibləri müəyyənləşdi
1692
16.07.2024
"Bakı" ilə "Məhsul" ölkə kubokunun finalında
2362
02.03.2019
Qazaxıstan millisi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirin finalında
1132
02.09.2025
Həndbol üzrə milli komandamızın rəqibləri müəyyənləşib
2607
15.10.2018
17 yaşadək həndbolçu qızların Avropa çempionatı başa çatıb
2416
14.08.2023
X turun son oyununun nəticəsi
1886
11.02.2024
Ramazan bayramınız mübarək!
1173
29.03.2025
Favoritlərin gərgin mübarizəsindən "Məhsul" qalib çıxıb
2504
04.11.2018