Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək. 13-cü tura “Bakı” - “Gənclər Birliyi” matçı ilə start veriləcək. Martın 14-ə təyin olunan autsayderlərin qarşılaşması saat 17-də başlanacaq.
Turun mərkəzi görüşü martın 16-da olacaq. Lider “Qarabağ” çempionatın iddialı komandalarından olan “Azəryol”u qəbul edəcək. Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsi və “Youtube” kanalından canlı yayımlanacaq bu oyunun start fiti saat 12-də səsləndiriləcək. Hər iki matç “AHF Arenda” təşkil olunacaq. Həftə sonu azarkeşləri daha bir qarşılaşma gözləyir. “Kür” komandası martın 17-də “İdman Akademiyası” həndbolçuları ilə üz-üzə gələcək. 12-ci turdan təxirə salınmış bu görüş saat 12-də “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olacaq.
Avropa kuboku: Azəryol (Azərbaycan) - Yunion Kornoyburq (Avstriya) 33:29 (21:14)
382
05.10.2025
Qadın həndbolçuların Avrokubok turnirlərinin püşkatma mərasimi keçiriləcək
2294
17.07.2017
Qadın həndbolçuların Azərbaycan çempionatında VII turdan sonra turnir cədvəli
1888
23.01.2024
“Bakı” mərkəzi qarşılaşmadan qalib ayrıldı
1321
28.11.2024
“Azərsu” “Olimpiya” üzərində növbəti qələbəsini qazandı
2464
25.01.2019
Azərbaycan Həndbol Federasiyasının nümayəndələri Mingəçevirdə seminar keçiriblər
2459
09.03.2022
Azərbaycan çempionatında 5-ci turun oyunlarının vaxtı
2208
13.12.2023
İsgəndər Əsgərov növbəti təyinat alıb
2088
12.10.2023