Qadın həndbolçuların Azərbaycan çempionatında daha bir oyun keçirilib. Tbilisidə “Olimpiya” komandasının qonağı olan “Azərsu”, Gürcüstan həndbolçuları ilə ikinci görüşü də qələbə ilə başa vurub. Bir gün əvvəl 43:21 hesabı ilə qalib gələn Bakı təmsilçisi, növbəti qarşılaşmada da rəqibə aman verməyib. Matçın əvvəlindən təşəbbüsə yiyələnən “Azərsu”, 40:17 hesabı ilə qələbə çalıb.
12 oyundan 22 xal toplayan “Azərsu” çempionatın lideridir. İki oyun az keçirən “Azəryol” ikinci pillədədir. “Qarabağ” 12 xalla 3-cü yerdə qərarlaşıb. 4-cü pillənin sahibi Tbilisi “Olimpiya”sının aktivində 7 xal var. “İdman Akademiyası” 5 xalla 5-ci yerdədir. Autsayder “Gənclər Birliyi” hələ ki xal qazana bilməyib.
Avropa çempionatı: LTU (Litva) - FAR (Farer adaları) 32:27
2233
13.08.2023
Həndbolçularımız İslam Həmrəyliyi oyunlarına hazırlaşırlar
2367
09.02.2017
“Azərsu” – “Nur” matçı gərgin mübarizə şəraitində keçib
2208
03.03.2018
Yeniyetmələr arasında həndbol üzrə növbəti görüşlər keçirilib
2470
04.06.2022
"Qarabağ" favorit üzərində qələbə qazandı
2488
16.10.2019
Həndbol hakimimiz beynəlxalq turnirə dəvət alıb
2521
11.03.2017
Kişi həndbolçular arasında Azərbaycan çempionu məlum olub
2627
20.08.2017
X tur: Dinamo - Bakı 20:44
1890
09.02.2024