Qadın həndbolçuların Avrokubok turnirlərinin püşkatma mərasimi keçiriləcək

17.07.2017
2294
Paylaş:

Qadın  həndbolçulardan  ibarət  komandalarımız  Avropa  kubokları  uğrunda  mübarizəyə  qatılacaqlar.

Azərbaycan  çempionu  “Nur”  Avropa  Həndbol  Federasiyası  (EHF)  kuboku,  “Azəryol”  isə  “Challenge  Cup”  turnirində  ölkəmizin  şərəfini  qoruyacaq.  Yarışların  püşkü  iyulun  18-də  Avstriyanın  Vyana  şəhərində  atılacaq.

EHF  kuboku  turnirində  54  komanda  qüvvəsini  sınayacaq.  Mingəçevirin  “Nur”  komandası  mübarizəyə  ilkin  təsnifat  mərhələsindən  qoşulacaq.  Bu  mərhələnin  oyunları  sentyabrın  9-10-da,  cavab  oyunları  bir  həftə  sonra  olacaq.

Otuz  dörd  komandanın  qatılacağı  “Challenge  Cup”  turnirinin  ilk  qarşılaşmaları  oktyabrın  14-15-də  keçiriləcək.  Komandalar  cavab  oyunlarına  bir  həftə  sonra  çıxacaqlar.  “Azəryol”  yarışın  üçüncü  təsnifat  mərhələsindən  bacarığını  göstərəcək.  Oyunlar  noyabrın  11-12-də  və  18-19-da  keçiriləcək.

Digər Xəbərlər

Azərbaycan çempionatı: II turun ilk oyun gününün nəticələri

1478 20.09.2024

"Azəryol"la Özbəkistan millisi finalda

1408 31.08.2024

Azərbaycan çempionatı: VIII turun nəticələri

1355 17.12.2024

Ramazan bayramınız mübarək!

1173 29.03.2025

2026-cı il Avropa çempionatının təsnifat turnirində növbəti oyunlar keçirilib

2450 13.01.2023

Ölkə birinciliyininə yekun vurulub

1480 09.06.2025

Avropa Kuboku: Garabagh HC - KH-7 BM. Granollers 15:48

2192 30.09.2023

"Azəryol" ölkə kubokunun qalibi oldu

1341 24.05.2025