Kişi həndbolçuların Azərbaycan çempionatında da 9-cu turun oyunları keçirilib. İkinci dövrənin son turunda əvvəlcə “Məhsul” və U-18 komandaları meydançaya çıxıblar. Çempionatın lideri autsayderlə oyunda çətinlik çəkmədən qələbə qazanıb. Səviyyə fərqinin açıq-aşkar nəzərə çarpdığı görüş 42:24 hesabı ilə nəticələnib.
Günün digər qarşılaşması da eyni ssenari ilə yadda qalıb. Çempionluq uğrunda mübarizə aparan “Bakı” “Təhsil”lə oyunun şəksiz favoriti olduğunu hesabda əks etdirib. Nominal ev sahibi çox çalışsa da ağır məğlubiyyətdən yaxa qurtara bilməyib – 18:33.
Növbəti qələbəsini qazanan “Məhsul” komandası 16 xalla ikinci dövrəni lider kimi başa vurub. “Bakı” ondan iki xal geridədir. Üçüncü pillənin sahibi “Təhsil”in aktivində 3 xal var. U-18 1 xalla yarış cədvəlinin autsayderidir.
Bu qarşılaşmalardan sonra ölkə çempionatında gələn ilin mart ayınadək fasilə yaranacaq.
Yanvarın 11-də isə Azərbaycan kuboku uğrunda turnirin oyunları olacaq. Həmin gün “Məhsul” “Təhsil” ilə, “Bakı” isə U-18 komandası ilə üz-üzə gələcək.
"Azəryol" çətin dueldən qalib ayrıldı
1190
19.04.2025
Avropa Kuboku, III mərhələ: Haukar (İslandiya) - Kür (Azərbaycan) 30:25 (13:13)
1459
30.11.2024
Kişi həndbolçuların Azərbaycan çempionatında VI turdan sonra turnir cədvəli
2399
26.12.2023
Həndbolçularımız Gürcüstana yollanacaqlar
2693
03.06.2019
Yeniyetmə həndbolçularımız açıq Avropa turnirində mübarizəyə başlayırlar
2348
02.07.2018
"Məhsul" daha bir inamlı qələb qazanıb
2367
10.03.2020
Azərbaycan kubokunun püşkü atıldı
983
15.09.2025
Azərbaycan çempionatı: II turun oyun cədvəli
1567
19.09.2024