Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirilib

29.01.2024
827
Paylaş:

Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirilib.


 Qadınların yarışında tura  “Bakı” – “Kür” görüşü ilə start verilib. Oyunun aşkar favoriti sayılan Mingəçevir təmsilçisi gözlənildiyi kimi aktivinə növbəti qələbəni yazdırıb - 44:12.


“İdman Akademiyası” – “Azəryol” matçı da daha təcrübəli həndbolçulardan ibarət olan komandanın xeyrinə nəticələnib. Rəqibi əksər göstəricilərdə üstələyən “Azəryol” meydançadan inamlı qələbə ilə ayrılıb – 17:40. Turun son qarşılaşmasında isə “Qarabağ” “Gənclər Birliyi”ni böyük hesablı məğlubiyyətə uğradıb - 39:10.


 “Qarabağ” 14 xalla çempionatın lideridir. “Azəryol”un 13, “Kür”ün 11 xalı var. “İdman Akademiyası” ilə “Bakı” hərəyə 6 xalla 4-cü, 5-ci yerləri bölüşür. Autsayder “Gənclər Birliyi” hələ ki, xal qazana bilməyib.


Kişilərin çempionatında VIII tur “Təhsil” – “Kür” matçı ilə başlanıb. Qonaqların tam üstünlüyü ilə yadda qalan oyun 22:40 hesabı ilə nəticələnib. “Qarabağ” - “Azəryol” görüşündə ikincilərin qələbəsinə inananlar yanılmayıblar. İnamlı oyun göstərən “Azəryol” azarkeşlərinin etimadını doğruldub - 36:29.


 Turun ən gərgin və maraqlı qarşılaşması “Dinamo” və “İdman Akademiyası” komandaları arasında olub. Nominal ev sahibləri fasiləyə bir xallıq üstünlüklə yollansalar da görüş 26:26 hesabı ilə başa çatıb. Aktivində 14 xalı olan “Kür” çempionatın lideridir. “Azəryol” ondan 4 xal geri qalır. “Bakı” ilə “Qarabağ”ın hərəyə 8, “Dinamo” ilə “İdman Akademiyası”nın 3 xalı var. “Təhsil” 2 xalla autsayderdir.

Digər Xəbərlər

Avropa çempionatı: ESP (İspaniya) - LUX (Lüksemburq) 33:13

1309 07.08.2023

Türkiyə həndbolçuları Azərbaycan yığmasına qalib gəliblər

1550 10.08.2022

Hakimlərimiz beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər

1444 04.11.2017

Yeniyetmələr arasında həndbol üzrə Azərbaycan birinciliyi keçiriləcək

1541 01.06.2022

Lider inamlı qələbə qazandı

919 25.03.2024

Həndbol üzrə Azərbaycan çempionatında yenilk qeydə alınıb

1421 20.10.2017

İsgəndər Əsgərovun 65 yaşı tamam olur

865 02.06.2024

Azad Rəhimov vəfat edib

1419 01.05.2021