“Bakı” final mərhələsinə qələbə ilə başladı

11.01.2025
1358
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında final mərhələsinə start verilib. Reqlamentə əsasən yarışın ilk hissəsinin nəticələrinə görə ilk dördlükdə qərarlaşan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar. 
X turun mərkəzi görüşündə “Azəryol” və “Bakı” komandaları üz-üzə gəliblər. “AHF Arena”da keçirilən oyunu beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Vaqif Əliyev idarə edib. Matçın deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.
Gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalan görüşün əvvəli xala-xal prinsipli oyunla müşayiət olunub, amma tədricən təşəbbüsə yiyələnən “Bakı” 7-ci dəqiqədən etibarən hesab arasındakı fərqi artırmağa başlayıb. “Azəryol” geriliyi aradan qaldırmağa çalışsa da istəyini reallaşdıra bilməyib. Sabir Nəzərəliyev və komanda yoldaşlarının təhlükəli həmlələri fasiləyə nominal qonaqları üstün yollayıb – 19:14.
İkinci hissədə bir qədər fəallaşan “Azəryol” vəziyyəti dəyişmək üçün irəli atılıb. Hissənin ortalarında Vidadi Əliyevin komandası fərqi iki topa da endirməyi bacarsa da, artığına gücü çatmayıb. Yenidən üstünlüyü ələ alan “Bakı” daha inamlı oyun sayəsində görüşü qələbə ilə başa vurub – 36:30. Günün digər qarşılaşmasında "Dinamo" U-17 komandasına 44:31 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər

Final mərhələsində növbəti oyunlar olacaq

1122 28.03.2025

“Kür” çempionluğa doğru addımlayır

1141 13.02.2025

"Nur" komandası çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatının baş mükafatını qazanıb

2367 20.08.2017

Azərbaycan kubokunda ikinci finalçı müəyyənləşib

1145 22.05.2025

Həndbol üzrə ölkə birinciliyində üç oyun keçirilib

2486 27.03.2022

Avropa çempionatı: Farer adaları - Yunanıstan 27:22

2473 05.08.2023

Beynəlxalq turnir: “Qarabağ” (Azərbaycan) – “Alatau Arulary” (Qazaxıstan) 35:31

1765 30.08.2024

Kişi həndbolçuların Azərbaycan çempionatında VI turdan sonra ən çox qol vuranların siyahısı

2119 30.12.2023