Azərbaycan çempionatı: Lider “Kür” mövqeyini möhkəmlədib

15.01.2024
891
Paylaş:

Həndbol üzrə Azərbaycan çempionatlarında 7-ci turun oyunları keçirilib.
Kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb.
“Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28.
Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26.
Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyni adlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25.
“Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16.
7-ci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Digər Xəbərlər

Azərbaycan çempionatında III turun son oyunlarının nəticələri

1086 26.11.2023

Milli komandamızın dünya çempionatının ilkin təsnifat mərhələsindəki rəqibləri məlumdur

1439 27.06.2018

Favoritlərdən növbəti qələbələr

1565 10.03.2019

“Bakı-2017”: Qadın həndbolçularımız yarımfinala yüksəliblər

1384 11.05.2017

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib

1504 01.06.2021

Azad Rəhimovun vəfatından bir il ötür

1316 30.04.2022

Azərbaycanın qadın həndbolçuları qələbə seriyasını davam etdiriblər

1377 11.08.2022

“Azəryol”dan növbəti qələbə, “Bakı”nın ilk məğlubiyyəti

1368 17.04.2022