Lüdmila Şubina Fəxri fərmanla təltif edilib

09.10.2023
1021
Paylaş:

Bu gün Azərbaycanın tanınmış həndbolçusu, Olimpiya çempionu Lüdmila Şubinanın 75 yaşı tamam olur. Əlamətdar gün Azərbaycan Həndbol Federasiyası tərəfindən qeyd edilib. 
Federasiyanın prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yubilyara xoş sözlərini çatdırıb, ona Fəxri fərman təqdim edərək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan idman tarixində özünəməxsus imzası olan Lüdmila Şubina SSRİ seçməsinin heyətində 1976-cı ildə keçirilən Monreal Olimpiadasının qızıl medalına layiq görülüb. Beynəlxalq dərəcəli idman ustası hazırda “Qarabağ” həndbol klubunun prezidenti kimi fəaliyyət göstərir.

Digər Xəbərlər

Gənc həndbolçularımız Olimpiya festivalına hazırlaşırlar

1510 21.05.2019

Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirilib

823 29.01.2024

Müstəqillik Gününüz mübarək!

592 28.05.2024

Ulu öndərin xatirəsinə həsr edilən həndbol turniri keçiriləcək.

1603 30.04.2018

15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

879 15.06.2024

“Bakı” mərkəzi oyunda əzmkar qələbə qazanıb

198 09.02.2025

Məktəblilər arasında həndbol üzrə turnir başa çatıb

1804 07.05.2019

Qadın həndbolçulardan ibarət “Nur” klubu Avropa Həndbol Federasiyası kubokunda növbəti oyununu keçirib

1438 16.10.2017