Avropa çempionatında qrup mərhələsinə yekun vurulub

10.08.2023
1204
Paylaş:

Bu gün 17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Bakı İdman Sarayında keçirilən yarışın Farer adaları - İspaniya matçı gözlənildiyi kimi prineylilərin qələbəsi ilə nəticələnib. Oyunun favoriti sayılan İspaniya millisi 38:18 hesabı ilə qalib gəlib.  Bosniya və Herseqovina - Gürcüstan görüşündə də sürpriz qeydə alınmayıb. Meydançaya qələbə üçün çıxan Bosniya və Herseqovina həndbolçuları inamlı qələbə çalıblar - 38:20.


Lüksemburq - Yunanıstan qarşılaşması daha gərgin mübarizə ilə yadda qalıb. İlk hissədən təşəbbüsə yiyələnən yunanlar rəqibin ciddi müqavimətinə baxmayaraq matçı qələbə ilə bitirməyi bacarıblar - 30:23.


Günün son matçı da maraqlı idman mübarizəsi şəraitində keçib. Litva millisi Sloveniya seçməsinə qarşı görüşdə yüksək əzmkarlıq göstərsə də sonda məğlubiyyətlə barışmalı olub - 28:33.


Avqustun 12-də 9-10-cu, 5-8-ci yerlər uğrunda görüşlər və yarımfinal oyunları keçiriləcək.


Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.


 

Digər Xəbərlər

İsgəndər Əsgərova daha bir etimad

350 07.11.2024

“Bakı-2017”: Qadın həndbolçulardan ibarət millimiz finalda

1359 13.05.2017

Avropa çempionatı: Bosniya və Herseqovina - Litva 37:40

1106 06.08.2023

“Bakı” liderlə xal fərqini aradan qaldırdı

877 29.04.2024

İslamiada: Azərbaycanın kişi həndbolçuları beşinci yeri tutublar

1470 12.05.2017

Azərbaycan və Şimali Makedoniya milli komandaları qarşılaşacaqlar

791 03.04.2024

Azərbaycan çempionatı: VII turun ilk oyun gününün nəticələri

1111 11.01.2024

Seçmə komandamız təlim-məşq toplanışlarını davam etdirir

1325 03.04.2017