Həndbol üzrə Avropa çempionatı davam edir

06.08.2023
1164
Paylaş:

Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatı davam edir. Bu gün qitə miqyaslı yarışda daha 4 qarşılaşma olub. Günün ilk matçında “A” qrupunda qərarlaşan Bosniya və Herseqovina millisi ilə Litva komandası üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşün ilk hissəsi Litva həndbolçularının 24:16 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsində Bosniya və Herseqovina  təmsilçiləri 21:16 hesabı ilə qalib gəlsələr də ümumi hesabda Litva millisi qələbə çalıb - 40:37. 


Ardınca meydançaya “B” qrupunun İspaniya və Yunanıstan kollektivləri çıxıblar. Rəqibi əksər göstəricilərdə üstələyən İspaniya seçməsi asanlıqla qalib gəlib – 33:11.


“B” qrupunda keçirilən İsrail – Farer adaları görüşündə ada təmsilçisinin qələbəsinə inananlar yanılmayıblar. Daha inamlı oyun nümayiş etdirən Farer adaları komandası matçı 38:22 hesablı qələbə ilə başa vurub.


Günün son matçında isə Sloveniya komandası millimizə 58:6 hesabı ilə qalib gəlib.


Sabah çempionatda daha 4 qarşılaşma olacaq. “A” qrupunda Azərbaycan Bosniya və Herseqovina ilə, Litva Gürcüstanla üz-üzə gələcək. “B” qrupunda isə Yunanıstan – İsrail, İspaniya – Lüksemburq görüşləri keçiriləcək.


Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.


 

Digər Xəbərlər

Hakimlərimiz Avropa Həndbol Federasiyasının seminarına qatılacaqlar

1310 04.04.2023

“Kür” çempionluğa doğru addımlayır

190 13.02.2025

Millimiz bu gün Litva ilə qarşılaşacaq

889 28.02.2024

Azərbaycan çempionatında VI turun cədvəli

346 27.11.2024

“Challenge Trophy” yarışının qalibi məlumdur

1399 06.04.2018

Yeniyetmə həndbolçularımız beynəlxalq yarışlara hazırlaşırlar

1427 16.05.2018

Avropa çempionatı: FAR (Farer adaları) - ESP (İspaniya) 18:38

1191 10.08.2023

Azərbaycan çempionatında növbəti turun oyun cədvəli

1127 21.12.2023