Bu gün “Bakı İdman Sarayı”nda həndbol üzrə Avropa çempionatının qrup mərhələsinə start verilib.
17 yaşadək qızların qatıldığı yarışda on komanda iki qrupda mübarizə aparacaq. Millimiz "A" qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq. "B" qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları qüvvəsini sınayacaq.
Çempionatın ilk matçında Farer adaları və Yunanıstan milliləri üz-üzə gəliblər. Oyundan əvvəl yarış meydanına Avropa Həndbol Federasiyasının bayrağı gətirilib. Ardınca Farer adaları və Yunanıstanın dövlət himnləri səsləndirilib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma Farer adaları komandasının 27:22 hesablı qələbəsi ilə nəticələnib.
Günün ikinci oyununda İsrail həndbolçuları Lüksemburq millisini 1 xal fərqi ilə məğlub ediblər – 26:25.
Qeyd edək ki, hər iki oyunun EHF nümayəndəsi beynəlxalq dərəcəli deleqat, Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov olub.
Sloveniya – Bosniya və Herseqovina görüşündə Sloveniya millisi qələbə qazanıb - 41:27.
Bu oyundan sonra keçirilən açılış mərasimində yarış iştirakçılarını salamlayan gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idmana göstərilən dövlət qayğısından söz açaraq ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq yarışlar haqqında məlumat verib, Avropa çempionatının yüksək təşkilatçılığına görə Azərbaycan Həndbol Federasiyasına təşəkkürünü bildirib.
Azərbaycanın ilk dəfə olaraq həndbol üzrə Avropa çempionatına ev sahibliyi etdiyini vurğulayan AHF-nin vitse-prezidenti Orxan Abbasov idman sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Avropa Həndbol Federasiyasının nümayəndəsi Stefan Lonqen də öz növbəsində yarışın yüksək səviyyədə təşkil olunması və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Həndbol Federasiyasına minnətdarlığını ifadə edib.
Ardınca Azərbaycanın dövlət himni səsləndirilib.
Rəqs qrupunun təqdim etdiyi bədii hissə alqışlarla qarşılanıb.
Millimiz Avropa çempionatında ilk oyununu Gürcüstan seçməsinə qarşı keçirib. Maraqlı idman mübarizəsi ilə yadda qalan oyun rəqib komandanın qələbəsi ilə başa çatıb - 39:13.
Qarşılaşmanın ən yaxşı oyunçularına xatirə hədiyyəsi verilib.
Qeyd edək ki, Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.
28.04.2025
"İdman Akademiyası"ndan inamlı qələbə
27.04.2025
Kubok mübarizəsi davam edir...
27.04.2025
Ölkə kubokunda daha üç oyun arxada qalıb...
26.04.2025
Ölkə kuboku turnirinə start verilib...
Kişi həndbolçuların “Bakı-2017”dəki rəqibləri müəyyənləşib
1402
06.04.2017
"Məhsul" daha bir inamlı qələb qazanıb
1435
10.03.2020
Məktəblilər arasında həndbol üzrə turnir başa çatıb
1806
07.05.2019
“Azəryol” həndbol komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda növbəti oyununu keçirib
1474
08.10.2022
“Kür” çempionluğa doğru addımlayır
190
13.02.2025
İrəli, Azərbaycan əsgəri, qələbə bizimlədir!
2160
01.10.2020
Bakıda həndbol üzrə seminar keçirilib
1333
25.05.2022
Kişi həndbolçuların Azərbaycan çempionatında VI turdan sonra ən çox qol vuranların siyahısı
1092
30.12.2023