”Bakı-2017”: Qadın həndbolçulardan ibarət komandamız ardıcıl ikinci qələbəni qazanıb

10.05.2017
1629
Paylaş:

Mayın  10-da  “Bakı-2017”  IV  İslam  Həmrəyliyi  Oyunlarının  həndbol  yarışlarında  qrup  mərhələsinin  ikinci  turunun  oyunları  olub.

“Sərhədçi”  İdman  Olimpiya  Mərkəzində  keçirilən  yarışda  kişi  həndbolçuların  “A”  qrupunda  yer  alan  Əlcəzair  yığma  komandası  Pakistan  millisinə  qalib  gəlib  -  47:24.  Qrupun  digər  görüşündə  Səudiyyə  Ərəbistanı  milli  komandamızı  məğlub  edib  -  38:31.

“B”  qrupunun  Türkiyə  -  İraq  görüşündəki  gərgin  mübarizədən  türkiyəli  həndbolçular  qalib  ayrılıblar  -  35:33.  Mərakeş   -  İordaniya  matçı  isə  27:16  hesabı  ilə  başa  çatıb.

Kişi  həndbolçularımızdan  fərqli  olaraq   qadınlardan  ibarət  milli  ardıcıl  ikinci  görüşdə  də  qalib  gəlib.  Həndbolçularımız  Özbəkistan  kollektivi  üzərində  inamlı  qələbə  qazanıblar  -  47:21.

Kamerun-Türkiyə  matçında  isə  qardaş  ölkə  təmsilçiləri   33:31  hesabı  ilə  üstün  olublar.

 

                 

Digər Xəbərlər

Azərbaycan çempionatı: IV turun ilk oyun gününün nəticələri

1401 02.12.2023

Avropa çempionatı: GEO (Gürcüstan) - ISR (İsrail) 23:28

1162 12.08.2023

Yeni Həndbol Liqası keçirilr

1635 24.01.2020

Həndbol komandalarımız Türkiyəyə yollanacaqlar

1414 06.09.2017

"Məhsul" liderliyi davam etdirir

1338 17.02.2020

Azərbaycan çempionatında XII turun oyun cədvəli

1040 23.02.2024

Həndbol üzrə XXX Azərbaycan kubokuna start verilir

721 21.05.2024

Azərbaycan Həndbol Federasiyasında hakimlər üçün iclas keçirilib

1424 26.10.2022