Həndbol üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyinin final mərhələsinə yekun vurulub.
“AHF Arena”da təşkil edilən yarışda 2008-2010 cu il təvəllüdlü oğlanlar və qızlar qüvvələrini sınayıblar.
Açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərovla Olimpiya çempionu Lyudmila Şubina onlara uğurlar arzulayıb, bu cür yarışların perspektivli həndbolçuların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.
Oğlanların yarışında daha yaxşı oyun nümayiş etdirən Bakı-2 (2 saylı RİOEUGİM) qalib ayrılıb. Bakı-1 (6 saylı İOEUGİM) ikinci, Mingəçevir kollektivi üçüncü yeri tutub. Cəlilabad həndbolçuları sonuncu olublar.
Qızların mübarizəsi Bakı-1-in (6 nömrəli İOEUGİM) qələbəsi ilə nəticələnib.
Bakı-2 (2 saylı RİOEUGİM-1) ikinci, Şirvan komandası üçüncü, Bakı-3 2 nömrəli RİOEUGİM-2 dördüncü pillədə qərarlaşıb.
Dövlət himni səsləndirildikdən sonra fərqlənən komandalara diplomlar təqdim olunub.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən birinciliyə 4-ü oğlanlardan, 4-ü qızlardan ibarət olmaqla 8 komanda qatılıb.
28.04.2025
"İdman Akademiyası"ndan inamlı qələbə
27.04.2025
Kubok mübarizəsi davam edir...
27.04.2025
Ölkə kubokunda daha üç oyun arxada qalıb...
26.04.2025
Ölkə kuboku turnirinə start verilib...
“Kür” liderliyi davam etdirir
139
03.04.2025
İsgəndər Əsgərov Buxarestə yollanacaq
1835
19.03.2019
“Challenge Trophy” yarışının qalibi məlumdur
1399
06.04.2018
“Kür” məğlubiyyətsiz irəliləyir
275
16.01.2025
“Azərsu” – “Nur” matçı gərgin mübarizə şəraitində keçib
1265
03.03.2018
Bakıda həndbol dərsləri keçiriləcək
1668
05.08.2018
"Bakı" və “Azəryol” azarkeşlərini sevindirdi
125
05.04.2025
Liderdən növbəti qələbə
1427
25.02.2023