Həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub

12.05.2023
1978
Paylaş:

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub.
“AHF Arena”da təşkil olunan final mərhələsində meydançaya əvvəlcə qadın həndbolçular çıxıblar. Gərgin və maraqlı mübarizəsi ilə yadda qalan “Azəryol” - “Qarabağ” görüşündə fasiləyə 7 xallıq  üstünlüklə yollanan “Qarabağ” ikinci hissədə də 30:25 hesabı ilə qalib gələrək turnirin əsas mükafatına layiq görülüb.
Kişilərin həlledici oyununda isə “İdman Akademiyası” “Təhsil”lə qarşılaşıb. Ölkə çempionatında inamla liderlik edən “İdman Akademiyası” komandası kubok yarışında da etimadı doğruldub. Rəqibi 34:22 hesabı ilə məğlubiyyətə uğradan “İdman Akademiyası” Azərbaycan kubokuna sahib çıxıb.
Final oyunlarından sonra mükafatlandırma mərasimi olub. Qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kuboku yarışlarının uğurla başa çatdığını vurğulayıb. İsgəndər Əsgərov finalda uduzan komandaların üzvlərinə ruhdan düşməməyi tövsiyə edib. Olimpiya çempionu Lüdmila Şubinanın da qatıldığı mükafatlandırma mərasimində idmançılara diplom, kubok və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Həndbol Federasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçıllığı ilə “AHF Arena”da keçirilən yarışda 7-si kişilərdən, 5-i qadınlardan ibarət olmaqla 12 komanda mübarizə aparıb.

Digər Xəbərlər

Komandalarımızın Avropa kuboklarındakı rəqibləri məlumdur

1442 18.07.2017

Azərbaycan çempionatı: VI turun ilk oyun gününün nəticələri

404 02.11.2024

Qadın həndbolçuların Azərbaycan çempionatına start verilib

1678 19.11.2022

"Azəryol" çətin səfərdən qələbə ilə qayıdıb

207 02.03.2025

Avropa Kuboku: Differdanj (Lüksemburq) -Qarabağ (Azərbaycan) 25:26 (11:9)

484 06.10.2024

Azərbaycan Kuboku: 1/4 final mərhələsinin nəticələri

885 25.05.2024

“Azəryol” və “Kür” şərikli liderdir

321 22.01.2025

İsgəndər Əsgərov növbəti təyinatlar alıb

1301 06.10.2022