Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir. Həftəsonu yarışın daha 6 qarşılaşması olub. XXI turun “Məhsul” – “Təhsil” görüşü daha gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Fasiləyə 7:6 hesablı üstünlüklə yollanan “Məhsul” rəqibin ciddi müqavimətinə baxmayaraq oyunu qələbə ilə bitirməyi bacarıb - 23:20. Turun digər görüşlərində favoritlər asan qələbə qazanıblar. “Dinamo” U-16-nı 48:22, “Bakı” RİOEUGİM-i 43-28 hesabı ilə məğlub edib.
“Təhsil” və “Məhsul” komandalarının XXII turdakı dueli də gərgin mübarizə şəraitində keçib. “Təhsil” yüksək əzmkarlığa baxmayaraq bu görüşdə də məğlubiyyətlə barışmalı olub – 21:22. Turun digər oyunlarında “Dinamo” U-16 komandasına 62:28, “Bakı” RİOEUGİM-ə 39:31 hesabı ilə qalib gəlib.
“İdman Akademiyası” 45 xalla çempionatın lideridir. “Məhsul” ondan 4 xal geri qalır. “Dinamo” 36 xalla 3-cü, “Təhsil” 27 xalla 4-cü yerdədir.
“Bakı” 7 xalla 5-ci pillədə qərarlaşıb. RİOEUGİM ilə U-16-nın hərəyə 3 xalı var.
Çempionatın vahid lideri müəyyənləşib
2279
19.03.2018
Azərbaycan kubokunda ikinci finalçı müəyyənləşib
1144
22.05.2025
Ölkə çempionatı: "Kür" - "Azəryol" 31:26 (17:11)
7
18.01.2026
Azərbaycan çempionatı: III tur
1750
29.09.2024
Azərbaycan Həndbol Federasiyasının ofis ünvanı dəyişib
2505
29.04.2017
Azərbaycan çempionatı: Mövsümdə ilk dəfə bərabərlik qeydə alındı
1916
18.12.2023
Azərbaycan kuboku yarışlarının qalibləri müəyyənləşib
2913
02.04.2019
Azərbaycan çempionatı: "Kür" – "Bakı" 26:25 (16:14)
1462
13.10.2024