Favoritlərin inamlı qələbələri

13.03.2023
1349
Paylaş:

Həftəsonu qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olub.
XV turda autsayder U-16 komandası ilə qarşılaşan “Qarabağ” gözlənildiyi kimi pərəstişkarlarını inamlı qələbə ilə sevindirib – 51:20. Turun “Azərsu” – “İdman Akademiyası” matçında da sürpriz qeydə alınmayıb. Oyun meydançaya favorit qismində çıxan nominal qonaqların 42:19 hesablı qələbəsi ilə nəticələnib. 
XVI turun görüşləri də eyni ssenari ilə yadda qalıb. Bu dəfə meydançaya ev sahibi kimi çıxan “Qarabağ” U-16-nı daha böyük hesabla məğlub edib – 46:12.  “İdman Akademiyası” həndbolçuları isə “Azərsu” komandasına göz açmağa imkan verməyib – 42:14.
“Azəryol” 34 xalla çempionatın vahid lideridir. “İdman Akademiyası” ondan 8 xal geri qalır. “Qarabağ” 24 xalla üçüncüdür. “Azərsu”nun 9, U-16-nın 3 xalı var.

Digər Xəbərlər

Yeniyetmə həndbolçular ölkə birinciliyində bacarıqlarını göstəriblər

1670 24.04.2017

Həndbol üzrə Azərbaycan çempionatında mövsümə yekun vurulub

1289 29.04.2018

Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku uğrunda ilk oyunlarını keçiriblər

1560 16.09.2018

Azərbaycan çempionatı: “Kür” - “Azəryol” 28:34

809 18.02.2024

Bugünkü oyunların nəticələri

790 06.02.2024

Həndbol məşqçiləri üçün seminar keçiriləcək

1522 08.02.2023

“Kür” liderliyi davam etdirir

138 03.04.2025

"Məhsul" növbəti qələbəsini qazanıb

1299 14.01.2018