Qadın həndbolçuların yarışının ardınca bu gün kişilərin çempionatında da həlledici görüşlər olub.
Daha böyük maraqla gözlənilən “Məhsul” - “Bakı” matçı gərgin mübarizə şəraitində keçib. Qızıl medallara iddialı rəqiblərin oyununda əsas vaxt 32:32 hesabı ilə bitdiyindən qalib penaltilər seriyasında müəyyənləşib. 7 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Bakı” 35-32 hesablı qələbə ilə Azərbaycan çempionu adına sahib çıxıb. Digər qarşılaşmada “Təhsil” “RİOEUGİM” komandasını 45-28 hesabı ilə məğlub edərək bürünc medallara yiyələnib.
Fəxri kürsüyə qalxan komandalara, həmçinin fərdi nominasiyalar üzrə fərqlənən idmançılara, AHF-nin fəxri diplom və mükafatları təqdim olunub.
Qeyd edək ki, Elnur Cahangirovla Yelizaveta Hilyazəddinova “ən yaxşı qapıçı”, Dmitri Çapliginlə Valentina Yankovskaya “ən yaxşı oyunçu” adına layiq görülüb.
Çempionatın bağlanış mərasimində iştirakçılara Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran federasiyanın vitse-prezidenti Orxan Abbasov ölkədə idmana göstərilən yüksək dövlət qayğısından söz açaraq beynəlxalq arenalarda qazanılan uğurların məhz bunun məntiqi nəticəsi kimi qiymətləndirib. Yarışın qalib və mükafatçılarını təbrik edən federasiya rəsmisi onlara gələcək yarışlarda da uğurlar arzulayıb. Fəxri kürsüdən kənarda qalan həndbolçulara ruhdan düşməməyi tövsiyə edən vitse-prezident səhvlərdən nəticə çıxarmağın və yeni mövsümə daha yüksək hazırlıq keçməyin vacibliyini vurğulayıb. 24-cü ölkə çempionatı ilə müqayisədə başa çatan mövsümün daha gərgin və maraqlı mübarizə ilə yadda qaldığını deyən Orxan Abbasov növbəti çempionata yeni komandaların qatılması və rəqabətin yüksəldilməsi üçün bütün qüvvələrin səfərbər olunacağını bildirib.
Qeyd edək ki, həndbol üzrə ölkə çempionatında 6 qadın, 4 kişi komandası qələbə uğrunda mübarizə aparıb. 2017-ci il oktyabr ayının 17-də start verilən yarışlarda ümumilikdə 84 oyun keçirilib.
Azərbaycan çempionatı: IX turun ilk oyun gününün nəticələri
1342
21.12.2024
“Bakı”nın həndbolçusu "Qarabağ"a keçdi
370
22.10.2025
“Azəryol”dan növbəti qələbə, “Bakı”nın ilk məğlubiyyəti
2318
17.04.2022
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol turnirinə start verilib
2309
09.05.2018
Azərbaycan çempionatı: VIII turun oyun cədvəli
1945
25.01.2024
Ölkə kubokunda mübarizə başlanır
1071
25.04.2025
Azərbaycan çempionatına yekun vuruldu
2182
28.04.2018
Yeniyetmələr arasında Azərbaycan birinciliyinin zona yarışı başlanıb
2043
05.01.2024