Liderdən növbəti qələbə

25.02.2023
1428
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar keçirilib.
Yarışın XV turuna RİOEUGİM – “İdman Akademiyası” görüşü ilə start verilib. Meydançaya favorit qismində çıxan “İdman Akademiyası” komandası fasiləyədək qazandığı üstünlüyü sonadək qoruyaraq 41:26 hesabı ilə qələbə çalıb.
“Bakı”-“Məhsul” arasında görüş uzun müddət yaddaşlarda qalacaq anlarla zəngin olub. Həndbolçular meydana böyük coşğuyla dəvət olunub. Çoxsaylı azarkeşlər toplaşan “AHF Arena”da bu maraqlı mübarizəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, həndbol federasiyanın prezidenti Saleh Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva izləyiblər.
Nominal ev sahibi rəqibə ciddi müqavimət göstərməyə çalışsa da, əzmkarlıq öz bəhrəsini verməyib. Dəstək qrupunun müşayiət etdiyi görüş “Məhsul”un 34:26 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşü beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişi və Ernest Ağakişi idarə edib. AHF-nin nümayəndəsi kimi beynəlxalq dərəcəli hakim İsgəndər Əsgərov fəaliyyət göstərib.
Bu nəticələrdən sonra inamla çempion tituluna doğru irəliləyən İdman Akademiyası komandası 30 xalla turnir cədvəlinə başçılıq edir. 3 oyun az keçirən Təhsil və Dinamo klubları müvafiq olaraq 21 və 18 xal toplayaraq ikinci-üçüncü yerləri bölüşürlər. Aktivində 17 xal olan Məhsul komandası 4-ci pillədədir. Bakı klubunun aktivində isə cəmi 1 xal var.

Digər Xəbərlər

Azərbaycan çempionatı: II turun oyun cədvəli

504 19.09.2024

Azərbaycan çempionatı: V tur “Kür” - “İdman Akademiyası” 42:17

1066 17.12.2023

“Kür” liderlik mövqeyini qoruyur

93 17.04.2025

Bu gün millimizin rəqibi müəyyənləşəcək

1391 29.06.2022

Favoritlərin növbəti qələbəsi

1439 25.11.2019

"Azəryol" liderliyi davam etdirir

1376 13.02.2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

1199 31.03.2024

Azərbaycan çempionatında ikinci dövrə yekunlaşıb

1293 12.01.2019