2002-2003-cü il təvəllüdlü qızlardan ibarət həndbol seçməmiz Rusiyanın Krasnodar şəhərindədir. Xəbər verdiyimiz kimi, komandamız sözügedən şəhərdə keçirilən beynəlxalq turnirdə qüvvəsini sınayır. Həndbolçularımız artıq iki oyunda bacarıqlarını göstəriblər. Fevralın 7-də meydança sahibələri ilə (2002-2003-cü il təvəllüdlü qızlar) üz-üzə gələn komandamız gərgin mübarizə ilə yadda qalan görüşdə məğlubiyətlə barışıb - 24:25. Ertəsi gün keçirilən qarşılaşma da gərgin və maraqlı mübarizəyə səhnə olub. Həndbolçularımız 2002-ci il təvəllüdlü rəqibləri ilə oyundan sülhlə ayrılıblar. Hər iki komandanın səyinə rəğmən qalib müəyyənləşməyib - 22:22.
Xatırladaq ki, turnir fevralın 12-də başa çatacaq.
Final mərhələsində daha 3 oyun keçirilib
1225
01.02.2025
Beynəlxalq turnir: "Alatau Arulary” (Qazaxıstan) – Özbəkistan millisi 23:23
1506
29.08.2024
İsgəndər Əsgərov Gürcüstanda keçiriləcək yarışa dəvət alıb
2411
15.07.2018
Həndbol yarışları dayandırıldı
2617
16.03.2020
Bakı həndbol üzrə Avropa çempionatının təsnifat turnirinə ev sahibliyi edəcək
2183
05.01.2023
Ötən mövsümün mükafatçıları yenidən üz-üzə
1496
15.10.2024
Millimizin üzvü “IHF Trophy” turnirində fərqləndi
217
03.12.2025
Bugünkü oyunların nəticələri
1952
06.02.2024