Kişi həndbolçuların Azərbaycan çempionatında fasilə başa çatıb

29.01.2023
2421
Paylaş:

Milli komandanın 2026-cı il Avropa çempionatının ilkin təsnifat oyunları ilə əlaqədar kişi həndbolçuların Azərbaycan çempionatında yaranan fasilə başa çatıb. Yarışın 11-ci turunda “AHF Arena”nın meydançasına əvvəlcə U-16 və RİOEUGİM komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan görüş 30:26 hesabı ilə U-16-nın xeyrinə nəticələnib. “Təhsil” – “Bakı” matçı da maraqlı idman mübarizəsi şəraitində keçib. İlk hissədə minimal üstünlük qazanan “Təhsil” görüşü qələbə ilə başa çatdırıb – 26:24. Daha böyük maraqla gözlənilən “İdman Akademiyası” – “Dinamo” qarşılaşması gərginliyi ilə digərlərindən çox fərqlənib. Daha yüksək əzmkarlıq göstərən “İdman Akademiyası” rəqibin ciddi müqavimətinə baxmayaraq pərəstişkarlarını növbəti qələbə ilə sevindirib – 27:25
Çempionatın 12-ci turunda RİOEUGİM “U-16” ilə oyunda revanş almağı bacarıb - 24:19. Çempionluq uğrunda yarışan “Dinamo” “İdman Akademiyası” ilə oyunda bu istəyini reallaşdıra bilməyib. 12-ci turun oyunu “tələbələrin” 32-31 hesablı qələbəsi ilə nəticələnib. “Bakı” – “Təhsil” görüşündə isə nominal ev sahibi məğlubiyyətlə barışmalı olub – 25:34.
Yarış cədvəlinə 21 xalla İdman Akademiyası başçılıq edir. Məhsul ondan 4 xal geri qalır. İlk üçlüyü 15 xalla Təhsil qapayır. Dinamo 12 xalla 4-cüdür. RİOEUGİM və U-16-nın hərəyə 3 xalı var. Bakı 1 xalla son pillədə qərarlaşıb.

Digər Xəbərlər

IX turun ilk oyun gününün nəticələri

2225 31.01.2024

İsgəndər Əsgərov Buxarestə yollanacaq

2857 19.03.2019

“Kür” liderliyi davam etdirir

1275 08.05.2025

Silahlı Qüvvələr Gününüz mübarək!

2168 26.06.2024

Çempionatın vahid lideri müəyyənləşib

2279 19.03.2018

Yeniyetmə həndbolçuların 14-cü açıq Avropa çempionatına yekun vurulub

2273 07.07.2018

Milli həndbol komandamız Bolqarıstan və Nigeriya ilə görüşəcək

2393 11.03.2023

Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatı başlanır

2276 18.08.2017