Avropa çempionatının ilkin təsnifat turnirinə start verilir

12.01.2023
1641
Paylaş:

Paytaxtımız daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək.
Sabah Bakı İdman Sarayında kişi həndbolçuların 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirinə start veriləcək. Saat 14:45-də meydançaya Böyük Britaniya və Kipr komandaları çıxacaqlar. Ardınca keçiriləcək açılış mərasimindən sonra, saat 17:00-da Azərbaycan və Malta seçmələri üz-üz gələcəklər.
Ertəsi günün oyun proqramı saat 14:45-də Malta – Kipr matçı ilə başlanacaq. Saat 17:00-da millimiz Böyük Britaniya komandası ilə qüvvəsini sınayacaq.
Yanvarın 15-də isə saat 12:45-də başlanacaq Böyük Britaniya – Malta və start fiti 15:00-da səslənəcək Kipr – Azərbaycan görüşləri ilə turnirə yekun vurulacaq.

Digər Xəbərlər

“Azəryol” “Çağırış Kuboku”nun növbəti mərhələsinə yüksəlib

1393 20.11.2017

Bugünkü oyunların nəticələri

520 06.11.2024

Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatına səkkiz oyunla start verilib.

1564 18.08.2017

AHF-də yeni mövsüm müzakirə olundu

766 07.08.2024

Qadın həndbolçularımızın sonuncu təlim-məşq toplanışı başlayıb

1591 25.07.2022

Azərbaycan çempionatı, XI tur: “Bakı” -“Kür” 19:26 (12:13)

407 18.01.2025

Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib

1396 22.01.2023

“Azəryol” çempionluğun astanasında

220 08.04.2025