Kişi həndbolçuların Azərbaycan çempionatında daha altı qarşılaşma keçirilib.
Əvvəlcə meydançaya “Bakı” və “Dinamo” komandaları çıxıblar. Fasiləyə 15:13 hesablı üstünlüklə yollanan son çempion təşəbbüsü qoruya bilməyib. Baş mükafata iddialı olan “dinamoçular” vəziyyəti dəyişməyi bacarıblar. Rəqibin yüksək əzmkarlığına baxmayaraq, görüş “Dinamo”nun qələbəsi ilə başa çatıb - 28:26.
Çempionata inamla başlayan Məhsul komandası RİOEUGİM kollektivi ilə oyunda ciddi müqavimətlə üzləşməyib. Qarşılaşma “Məhsul”un 43:20 hesablı qələbəsi ilə nəticələnib.
U-16-nı sınağa çəkən “İdman Akademiyası” isə böyük hesabla qələbə qazanıb - 49:18.
“Dinamo” və “Bakı” komandalarının 4-cü turdakı görüşü də maraqla gözlənilirdi. Bu oyunda da daha inamlı təsir bağışlayan “Dinamo” 31:23 hesabı ilə qalib gəlib.
Turun “Məhsul” - RİOEUGİM qarşılaşması 32:24, “İdman Akademiyası” – U-16 görüşü isə 55:20 hesabı ilə nəticələnib.
“Kür” liderliyi davam etdirir
1085
03.04.2025
Avropa çempionatı: LTU (Litva) - AZE (Azərbaycan) 47:14
2447
09.08.2023
9 May -faşizm üzərində Qələbə günüdür
2107
09.05.2024
“Azəryol” çempionluğa doğru irəliləyir
1187
16.04.2025
Azərbaycanın həndbol komandalarının avrokubok yarışlarındakı rəqibləri müəyyənləşəcək
2281
16.07.2018
Həndbol komandalarımız məşqlərə başlayıblar
2181
06.09.2023
Hakimlərimiz beynəlxalq oyunda
2386
13.10.2019
“Azəryol” və “Gənclər Birliyi” turu qələbə ilə başa vurub
1171
18.02.2025