Qadın həndbolçularımız təlim-məşq toplanışlarını davam etdirir

07.07.2022
1340
Paylaş:

V  İslam  Həmrəyliyi  Oyunlarına  qatılacaq  qadın  həndbolçulardan  ibarət  milli  komandamız  avqustun  9-dan  18-dək  Türkiyənin  Konya  şəhərində  təşkil  olunacaq  yarışa  ciddi  hazırlaşır.
Mükafatlara  namizədlərdən  sayılan  qadınlardan  ibarət  millimiz  hazırlıq  prosesi  çərçivəsində  Gürcüstanda  təlim-məşq  toplanışı  keçib.  Tbilisidə  yerli  komanda  ilə  iki  yoxlama  oyununu  qələbə  ilə  başa  vuran  həndbolçularımız  iyunun  27-dən  hazırlığı  Bakıda  davam  etdirirlər.

Komanda  iyulun  12-dən  19-dək   Tbilisidə  növbəti  təlim-məşq  toplanışına  qatılacaq.
Hazırlığa  iyulun  23-dən  avqustun  1-dək  Göygöl  Olimpiya  Kompleksində  sonuncu  təlim-  məşq  toplanışı  ilə  yekun  vurulacaq.

Digər Xəbərlər

Orxan Abbasov: “Həndbol üzrə Avropa çempionatının Azərbaycanda təşkil olunması müzakirə edilib”

1217 16.06.2022

Azərbaycan çempionatında güzəştsiz mübarizə

1272 27.01.2018

Yeniyetmə həndbolçularımız açıq Avropa turnirində mübarizəni davam etdirirlər

1458 04.07.2018

Beynəlxalq dərəcəli hakimlərimizə yeni təyinatlar gəlib

1510 06.10.2017

"Azəryol" vahid liderliyə yiyələndi

1505 11.12.2019

"Nur" komandası çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatının baş mükafatını qazanıb

1351 20.08.2017

Seçmə komandamız beynəlxalq turnirə qatılacaq

1619 20.02.2019

Liderə layiq qələbə

101 20.04.2025