"Azəryol"la "Qarabağ"ın çempionluq mübarizəsi davam edir

05.03.2020
2434
Paylaş:



Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  fasilə  başa  çatıb.  13-cü  turun  açılış  matçında  “Azərsu”  və   “Azəryol”  komandaları  üz-üzə  gəliblər.  Oyun  gözlənildiyi  kimi  gərgin  və  maraqlı  mübarizə  ilə  yadda  qalıb.  Çempionatın  lideri  “Azəryol” bu  görüşdən  də  qalib  ayrılmaq  niyyətində  idi.  “Azərsu”  həndbolçuları  çox  çalışsalar  da,  rəqibin  istəyinə  mane  ola  bilməyiblər.  Daha  yüksək  əzmkarlıq  göstərən  “Azəryol”  35:33  hesabı  ilə  qələbə  qazanıb.

Günün  digər  qarşılaşmasında  “Qarabağ”  “İdman  Akademiyası”  komandasını  qəbul  edib.  Çempionluq  uğrunda  mübarizə  aparan  nominal  ev  sahibi autsayderlə  oyunda  elə  də  çətinlik  çəkməyib.  Bu,  tablodakı  yekun  hesabda  da  təsdiqini  tapıb  –  36:28.

Növbəti  qələbə  ilə  xal  ehtiyatını  24-ə  çatdıran  “Azəryol”  çempionatın  vahid  lideridir.  “Qarabağ”  ondan  2  xal  geri  qalır.  3-cü  pillədəki  “Azərsu”nun  6  xalı  var.  “İdman  Akademiyası”  komandasının  aktivində   hələ  də  xal  yoxdur.

Qeyd  edək  ki,  martın  7-də  kişi  həndbolçuların  ölkə  çempionatında  13-cü  turun  oyunları  olacaq.  Həmin  gün  “Təhsil”  “Məhsul”la,  “Bakı”  isə  U-18-lə  qarşılaşacaq.


Digər Xəbərlər

"Azəryol" ölkə kubokunun qalibi oldu

1217 24.05.2025

“Kür” liderliyi davam etdirir

971 03.04.2025

Azərbaycan Həndbol Federasiyasının  nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

871 30.08.2025

Avropa çempionatı: ESP (İspaniya) - SLO (Sloveniya) 28:20

2042 13.08.2023

İsgəndər Əsgərov Bolqarıstan -Türkiyə oyununa təyinat alıb

2066 27.02.2024

Avropa çempionatı: Yunanıstan - İspaniya 11:33

2413 06.08.2023

Göygöldə Azərbaycan birinciliyinin zona yarışları keçiriləcək

1661 20.03.2024

Müqəddəs Qurban bayramınız mübarək!

1245 06.06.2025