Kişi həndbolçuların da Azərbaycan çempionatına start verildi

13.10.2019
2388
Paylaş:

Qadın  həndbolçuların  ardınca,  kişilərdən  ibarət  komandaların  da  ölkə  çempionatında  mübarizə  başlayıb.  Açılış  matçında  son  ölkə  çempionu  “Məhsul”  “Təhsil”  komandası  ilə  qarşılaşıb.  Ciddi  müqavimət  göstərməyə  çalışan  “Təhsil”,  bütün  səylərə  rəğmən,  məğlubiyyətdən  yaxa  qurtara  bilməyib.  Görüş  27:22  hesabı  ilə  “Məhsul”un  xeyrinə  nəticələnib.

Günün  digər  oyununda  isə  “Bakı”  U-18  kollektivini  sınağa  çəkib.  Görüş  nominal  ev  sahiblərinin  diqtəsi  ilə  keçib.  Gözlənildiyi  kimi,  rəqibi  bütün  kompanentlərdə  üstələyən  “Bakı”  42:20  hesabı  ilə  qələbə  qazanıb.  Kişilərin  çempionatında  ikinci  turun  görüşləri  oktyabrın  19-da  keçiriləcək.  Həmin  gün  “Məhsul”  “Bakı”  ilə,  U-18  “Təhsil”  ilə  üz-üzə  gələcək.

Oktyabrın  16-də  isə,  qadınların  mübarizəsində  ikinci  turun  qarşılaşmaları  olacaq.  Meydançaya  əvvəlcə  “Azəryol”  və  “Qarabağ”  komandaları  çıxacaqlar.  Tura  “İdman  Akademiyası  –  “Azərsu”  görüşü  ilə  yekun  vurulacaq.

Digər Xəbərlər

Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov Avropa çempionatında

2020 30.06.2022

Gərgin mübarizədə qalib müəyyənləşmədi

1940 30.03.2024

Avropa çempionatı: Bosniya və Herseqovina - Litva 37:40

2195 06.08.2023

Həndbol hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar

2318 18.02.2022

Ölkə çempionatı: IV turun ilk oyun gününün nəticələri

109 09.01.2026

Beynəlxalq turnirin avqustun 31-nə nəzərdə tutulan oyun cədvəli

1558 30.08.2024

“Bakı-2017”: Qadın həndbolçularımız yarımfinala yüksəliblər

2364 11.05.2017

Qazaxıstan klubu Bakıda hazırlıq keçir

1410 01.11.2024