U-16 komandamız olimpiya festivalına hazırlığı davam etdirir

19.06.2019
1503
Paylaş:

Paytaxtımız  gələn  ay  daha  bir  mötəbər  idman  tədbirinə  ev  sahibliyi  edəcək.  Söhbət  təbii  ki,  Avropa  Gənclər  Yay  Olimpiya  Festivalından  gedir.  İştirakçılar,  iyulun  21-də  start  veriləcək  qitə  miqyaslı  yarışda,  10  idman  növü  üzrə  mükafatçıları  müəyyənləşdirəcəklər.

Festivalın  proqramına  daxil  edilən  növlərdən  biri  də  həndboldur.  Azərbaycan  bu  idman  növü  üzrə  həm  oğlanların,  həm  də  qızların  turnirində  təmsil  olunacaq.  Hər  iki  komandamız  festivala  yüksək  məqsədlər  üçün  qatılacaq.  Hazırlıq  proqramına  uyğun  olaraq,  ölkədaxili  və  xarici  təlim-məşq  toplanışları,  həmçinin  müxtəlif  turnirlərə  qatılan  həndbolçularımız  festivalın  startına  kimi  funksional  və  taktiki  hazırlığı  davam  etdirəcəklər.

Bu  məqsədlə  iyunun  1-dən  7-dək  Rusiyanın  Tolyatti  şəhərində  keçirilən  beynəlxalq  turnirdə  iştirak  edən  oğlanlardan  ibarət  U-16  komandamızı,  qarşıda  daha  bir  toplanış  gözləyir.  Bu  gün  Gürcüstan  paytaxtına  yollanan  həndbolçularımız  iyunun  21-dən  24-dək  yerli  komandalarla  yoxlama  oyunlarında  bacarıqlarını  göstərəcəklər.

Qeyd  edək  ki,  oğlanlardan  ibarət  seçmə  komandamız  olimpiya  festivalında  Almaniya,  Danimarka  və  Serbiya  kollektivləri  ilə  eyni  qrupda  yarışacaq.

Digər Xəbərlər

Həndbol üzrə Azərbaycan çempionatında növbəti qarşılaşma keçirilib

1599 15.02.2019

Həndbol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

1146 05.08.2023

Həndbol üzrə Azərbaycan kuboku uğrunda mübarizə başlanıb

1429 15.12.2017

Milli komandamız İtaliyaya yollanır

1576 30.07.2019

Çempionluq uğrunda gərgin mübarizə davam edir

1268 21.04.2018

Avropa kuboku: Lovçen Çetine (Monteneqro) - Bakı (Azərbaycan) 37:23

372 27.10.2024

Hakimlərimizə yeni təyinat verilib

1582 08.11.2018

Azərbaycan çempionatı: VII turun növbəti oyun gününün nəticələri

383 08.11.2024