Qadın həndbolçuların Azərbaycan çempionatında 16-cı turun oyunları keçirilib. Baş mükafata namizədlərdən sayılan “Azəryol”un növbəti rəqibi “Gənclər Birliyi” komandası olub. Gənc həndbolçular çox çalışsalar da, güclü rəqibin kəsərli hücumlarının qarşısını ala bilməyiblər. Nominal meydança sahibinin aşkar üstünlüyü şəraitində keçən qarşılaşma 53:26 hesabı ilə nəticələnib.
Daha gərgin mübarizə ilə yadda qalan “Qarabağ” – “İdman Akademiyası” matçında isə “Qarabağ” həndbolçuları qələbə qazanıblar – 33:28.
Növbəti qələbəyə imza atan “Azəryol” lider “Azərsu” ilə xal fərqini aradan qaldırıb. Belə ki, bir oyun az keçirən “Azərsu”nun da 30 xalı var. “Qarabağ” 16 xalla üçüncü yerdə qərarlaşıb. Hərəyə 7 xalı olan “İdman Akademiyası” və “Olimpiya” komandaları 4-cü, 5-ci pillələri bölüşürlər. Hələ ki xal qazana bilməyən “Gənclər Birliyi” çempionatın autsayderidir.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
11.12.2025
"Qarabağ"dan ardıcıl ikinci qələbə
Favoritlər növbəti qələbəni qazanıblar
2502
17.03.2019
Həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək
1417
11.09.2024
Avropa çempionatı: LTU (Litva) - AZE (Azərbaycan) 47:14
2282
09.08.2023
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür!
1417
26.06.2025
Həndbolçularımız beynəlxalq turnirə qatılıblar
2147
07.02.2018
"Məhsul" Avrokuboklarda mübarizəyə qatılır
2374
03.10.2019
Avropa Kuboku: ZRK Krivaja - Azeryol HC 31:29
2183
30.09.2023
Azad Rəhimov vəfat edib
2307
01.05.2021