"Qarabağ" favorit üzərində qələbə qazandı

16.10.2019
2488
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  ikinci turun  oyunları  arxada  qalıb.  “ABU  Arena”da  keçirilən yarışın  növbəti  günündə  meydana  əvvəlcə  “Qarabağ”  və“Azəryol”  komandaları  çıxıblar.  Gərgin  və  maraqlı  idman mübarizəsi  vəd  edən  oyunda  əksəriyyət  son  ölkə çempionunun  qələbəsinə  inanırdı.  Amma     qapılara  51  qolun  vurulduğu  görüşdən  “Qarabağ”  qalib  ayrılıb  –  27:24.   
Günün  ikinci  qarşılaşmasında  “Azərsu”  “İdman Akademiyası”  komandası  ilə  üz-üzə  gəlib.  Oyunun əvvəlindən  təşəbbüsə  yiyələnən  “Azərsu”  rəqibi  çətinlik çəkmədəm  məğlubiyyətə  uğradıb  –  37:24.
Oktyabrın  23-də  keçiriləcək  3-cü  turun  oyunlarında“Qarabağ”  “Azərsu”  ilə,  “Azəryol”  isə  “İdman  Akademiyası”  ilə  qarşılaşacaq.
Kişi  həndbolçuların  ölkə  çempionatında  isə  ikinci  turun görüşləri  oktyabrın  19-da  olacaq.  Həmin  gün  “Məhsul”  “Bakı”  ilə,”  U-18”  “Təhsil”  ilə  üz-üzə  gələcək.
 

Digər Xəbərlər

Çempionatın iddialıları 5-ci turda üz-üzə gələcək

63 16.01.2026

Azərbaycan və Şimali Makedoniya milli komandaları qarşılaşacaqlar

1825 03.04.2024

Avropa kuboku: Kür (Azərbaycan) - Parnassos Strovolou (Kipr) 32:29

1399 27.10.2024

Azərbaycan çempionatında növbəti turların nəticələri

1357 23.01.2025

Ötən mövsümün mükafatçıları yenidən üz-üzə

1494 15.10.2024

“Azəryol” həlledici görüşdə əsas rəqibini üstələdi

2528 15.04.2019

Qadınlardan ibarət “Qarabağ” komandası təlim-məşq toplanışına yollanacaq

2425 31.07.2017

“ABU Arena” idman kompleksi “AHF Arena” kimi fəaliyyətə başlayacaq

3167 15.09.2022