Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov, baş məşqçilər Çingiz Əzimov və Vidadi Əliyev Şirvan şəhərində həndbol idman növünün durumu, bu sahədəki problemlər, uşaq və gənclər məktəblərinin mövcud vəziyyəti ilə bağlı görüş keçiriblər.
Əvvəlcə Şirvan Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin idman zalına baxış keçirilib. Həndbol üzrə fəaliyyət göstərən məşqçilərlə ətraflı müzakirələr aparılıb, təkliflər dinlənilib.
Görüş zamanı komandanı federasiyanın nümayəndələri ilə tanış edən İsgəndər Əsgərov gələcək planlardan söhbət açıb. O, yaxın aylarda yeniyetmə qızlar arasında Azərbaycan birinciliyinin keçiriləcəyini xüsusi vurğulayaraq komandaya uğurlar arzulayıb.
Yeni yaradılmış 2008-2009-cu il təvəllüdlü qızlardan ibarət komandaya geyim forması və toplar hədiyyə olunduqdan sonra federasiya rəsmiləri məşq prosesini izləyiblər.
Baş məşqçilər tərəfindən oyun qaydaları haqqında müəyyən göstərişlər verilldikdən sonra yeniyetmə qızlar arasında oyun keçirilib.
Növbəti həftələrdə Cəlilabad, Tovuz və digər rayonlara səfərlər planlaşdırılır.
Komandalarımızın rəqibləri müəyyənləşdi
2252
18.07.2023
Azərbaycan çempionatında ikinci dövrə yekunlaşıb
2204
12.01.2019
Favoritlərin gərgin mübarizəsindən "Məhsul" qalib çıxıb
2502
04.11.2018
Həndbol üzrə Azərbaycan kuboku uğrunda mübarizə başlanıb
2471
15.12.2017
AHF mövsümü yekunlaşdırdı
1361
24.05.2025
Həndbol üzrə XXV Azərbaycan çempionatı başlandı
2346
07.10.2017
Həndbol üzrə Azərbaycan çempionatında birinci dövrə yekunlaşıb
2520
20.02.2017
Həndbol üzrə Bakı şəhər birinciliyinə yekun vurulub
2302
30.01.2023