“Azərsu” “Qarabağ”la gərgin mübarizədən qalib ayrılıb

23.12.2018
1565
Paylaş:


Qadın  həndbolçuların  Azərbaycan
çempionatında  mübarizə  davam  edir.  Həftəsonu  9-cu  turun  oyunları  keçirilib.



“ABU  Arena”nın  meydançasına  əvvəlcə
“Azərsu”  və  “Qarabağ”  komandaları  çıxıblar.  Gərgin  və  maraqlı  qarşılaşma
“Azərsu”nun  qələbəsi  ilə  nəticələnib.  “Qarabağ”  həndbolçuları  ciddi  müqavimətə
rəğmən,  məğlubiyyətdən  qurtula  bilməyiblər  -  25:28.



Günün  digər  oyununda  isə  “Azəryol”  “İdman
Akademiyası”  komandasına  çətinlik  çəkmədən  qalib  gəlib  –  39:27.



Çempionatın  9-cu  turuna  Tbilisidə
keçiriləcək  iki  oyunla  yekun  vurulacaq.  Yanvarın  10-u  və  11-də  yerli  “Olimpiya”
ilə  “Azəryol”  üz-üzə  gələcək.



Yarışın  10-cu  turuna  isə   yanvarın  12-də  start  veriləcək.  Həmin  gün
“İdman  Akademiyası”  “Azərsu”  ilə,  “Qarabağ”  “Gənclər  Birliyi”  ilə  qarşılaşacaq.








Digər Xəbərlər

“Nur” yoxlama oyununda “Qarabağ”a qalib gəlib

1308 08.09.2017

Final mərhələsində daha 3 oyun keçirilib

240 01.02.2025

Bakı EHF kuboku yarışlarında cavab görüşünü keçirib

1252 29.10.2022

Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib

1159 07.08.2023

"Azəryol" vahid liderliyə yiyələndi

1505 11.12.2019

Azərbaycan çempionatında növbəti görüşlər keçirilib

1285 08.10.2017

İnkişaf etməkdə olan ölkələrin çempionatı: Paraqvay - Azərbaycan 34:22

169 15.03.2025

“Kür” (Azərbaycan) – “Azəryol” (Azərbaycan) 18:27

520 30.08.2024