"ABU" Arenada keçirilən Azərbaycan kuboku turnirində iştirakçılar əvvəlcə qrup mərhələsində qüvvələrini sınayırlar. Budəfəki yarışda 5 qadın, 4 kişi komandası qələbə uğrunda mübarizə aparır.
Qadınların turnirinin açılış matçında “Qarabağ” və “İdman Akademiyası” kollektivləri üz-üzə gəliblər. İmkanları daha yüksək qiymətləndirilən “Qarabağ” gözlənildiyi kimi görüşü qələbə ilə başa vurub – 37:25.
Kişi həndbolçuların yarışında isə ilk oyun günü iki qarşılaşma olub. "U-16" – “Məhsul” görüşündə nominal meydan sahiblərinin uduzacağı şübhə doğurmurdu. Daha təcrübəli rəqibin həmlələrinə tab gətirə bilməyən yeniyetmə həndbolçular böyük hesablı məğlubiyyətlə barışıblar – 21:41.
Yarışın digər favoriti - “Bakı” da turnirə qələbə ilə başlayıb. Paytaxtın eyni adlı komandasının “Təhsil” kollektivi ilə görüşü gərgin mübarizə ilə yadda qalıb. İmkanlardan daha səmərəli faydalanan “Bakı” 40:30 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qrup mərhələsinə dekabrın 16-da yekun vurulacaq.
Azərbaycan kubokunun yarımfinal və final görüşləri isə gələn ilin mart ayında təşkil olunacaq.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
11.12.2025
"Qarabağ"dan ardıcıl ikinci qələbə
Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında mübarizə yekunlaşır
2126
20.08.2017
Favoritlərin mübarizəsindən “Məhsul” qalib ayrıldı
2495
10.02.2019
Çempionluq uğrunda gərgin mübarizə davam edir
2161
21.04.2018
AHF-nin iclası keçirilib
2360
12.09.2023
Bakı həndbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
1940
01.08.2023
Avropa çempionatının ilkin təsnifat turnirinə start verilir
2447
12.01.2023
“Azəryol” liderlə xal fərqini azaldıb
2327
24.02.2019
Bakı EHF kuboku yarışlarında cavab görüşünü keçirib
2143
29.10.2022