“Bakı” həndbol komandasının “Çağırış kuboku” uğrunda yarışlarda keçirəcəyi oyunların tarixi dəqiqləşib

08.10.2018
1587
Paylaş:

Kişi  həndbolçulardan  ibarət  “Bakı”  komandasının  “Çağırış  kuboku”  uğrunda  yarışlarda  keçirəcəyi  oyunların  tarixi  dəqiqləşib.

Təmsilçimiz   oktyabrın  13-də  Bosniya  və  Herseqovinanın  “RK  Borak  m:tel”  komandası  ilə  görüşəcək.  Banja  Luka  şəhərində  yerləşən  “Borik”  İdman  Arenasında  keçiriləcək  matçın  hakimləri   ukraynalı  Anatoli  Novikov  və  Valeri  Rozkov,   EHF  nümayəndəsi  isə  bolqarıstanlı  Andrey  Andereyev  olacaq.

Komandalar  arasında  cavab  matçının  oktyabrın  14-də  əvvəlcədən  razılaşdırıldığı  kimi  Bosniya  və  Herseqovinada  təşkil  olunacaq.  İlk  oyunda  “Bakı”  kollektivi  nominal  ev  sahibi  kimi  çıxış  edəcək.  Cütün  qalibi  üçüncü  mərhələdə  Bosniya  və  Herseqovinanın  digər  təmsilçisi  “HC  Voqoska  Poljine  Hills”  komandası  ilə  qarşılaşacaq.

 

Digər Xəbərlər

Həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub

1978 12.05.2023

Ölkə çempionu əsas rəqibinə qalib gəldi

1587 21.10.2019

Həndbol hakimləri mükafatlandırıldı

1617 27.11.2021

Kişi həndbolçular arasında Azərbaycan çempionu məlum olub

1501 20.08.2017

20 Yanvar Ümumxalq Hüzn Günüdür

950 20.01.2024

Azərbaycan çempionatında daha 2 turun oyun cədvəli

340 09.01.2025

Həndbol üzrə Azərbaycan çempionatına hazırlıq planı müzakirə olunub

1307 11.03.2022

Avropa Kuboku, III mərhələ: Kür (Azərbaycan) - Haukar (İslandiya) 27:38 (13:16)

343 01.12.2024