Azərbaycanın həndbol komandalarının avrokubok yarışlarındakı rəqibləri məlum olub

17.07.2018
1423
Paylaş:

Bu  gün  Avropa  Həndbol  Federasiyasının  (EHF)  ofisində  həndbol  üzrə  avrokubok  yarışlarının  yeni  mövsümünün  püşkatma  mərasimi  keçirilib.

Püşkatmanın  nəticəsinə  görə,  birinci  mərhələdən  mübarizəyə  qoşulacaq  qadın  həndbolçulardan  ibarət  “Azərsu”  kollektivi  “EHF  kuboku”  uğrunda  yarışlarda  Polşanın  “Metrako  Zaqlebie  Lubin”  komandası  ilə  qarşılaşacaq.  İlk  mərhələnin  oyunlarının  sentyabrın  8-9-da,  cavab  matçlarının  isə  15-16-da  keçirilməsi  nəzərdə  tutulub.

Qadın  həndbolçulardan  ibarət  digər  təmsilçimiz  “Azəryol”  “Çağırış  kuboku”  uğrunda  turnirdə  yarışacaq.  Həndbolçularımızın  rəqibi  Türkiyənin  “Ankara  Yeniməhəllə  BSK”  klubu  olacaq.  Turnirdə  yarışlar  üçüncü  mərhələdən  start  götürəcək  və  ilk  qarşılaşmalar  noyabrın  10-11-də,  cavab  görüşləri  isə  17-18-də  keçiriləcək.

Kişilər  arasında  “Çağırış  kuboku”  uğrunda  yarışlarda  isə  ölkəmizi  “Bakı”  həndbolçuları  təmsil  edəcəklər.  Paytaxtın  eyniadlı  komandası  Bosniya  və  Herseqovinanın  “RK  Borak”  kollektivi  ilə  üz-üzə  gələcək.  Komandalar  yarışda  ikinci  mərhələdən  mübarizəyə  başlayacaqlar.  İlk  görüşlərin  oktyabrın  6-7-də,  cavab  oyunlarının  isə  13-14-də  keçirilməsi  gözlənilir.

Qadın  həndbolçularımız  Avropa  Həndbol  Federasiyası  kuboku  uğrunda  ilk  oyunlarını  keçiriblər

16.09.2018

Azərbaycanın  qadın  həndbolçulardan  ibarət  “Azərsu”  komandası  Avropa  Həndbol  Federasiyası  (EHF)  kuboku  uğrunda  yarışlarda  ilk  oyununu  keçirib.

Təmsilçilərimiz  turnirin  birinci  təsnifat  mərhələsində  Polşanın  “Metrako  Zaqlebie  Lubin”  komandası  ilə  qarşılaşıb.  “Hala  Vidoviskovo  Sportova”  arenasında  keçirilən  matç  meydan  sahiblərinin  27:21  hesablı  qələbəsi  ilə  yekunlaşıb.  Qarşılaşmanı  ukraynalı  hakimlər  Anatoli  Novikov  və  Valeri  Rozkov  idarə  ediblər.  EHF  nümayəndəsi  isə  belaruslu  Siarhei  Kot  olub.

Komandalar  arasında  cavab  qarşılaşması  sentyabrın  16-da,  əvvəlcədən  razılaşdırıldığı  kimi,  Polşada  keçiriləcək.

Digər Xəbərlər

Həndbol üzrə milli komandamızın rəqibləri müəyyənləşib

1641 15.10.2018

“Nur” komandası növbəti yoxlama oyununu da qələbə ilə bitirib

1512 09.09.2017

Nasser Salimi: Azərbaycan gəzməli-görməli yerləri və qonaqpərvər insanları ilə məni valeh edib

1354 17.06.2022

Avropa Kuboku, III mərhələ: Qaliçanka (Ukrayna) - Qarabağ (Azərbaycan) 33:20 (14:10)

347 16.11.2024

Azərbaycanın qadın həndbolçuları “Konya-2021” də növbəti qələbələrini qazanıblar

1738 09.08.2022

Milli komanda Varna sınaqlarına hazırlaşır

222 06.03.2025

“Bakı-2017”: Həndbolçularımız İslamiadaya uğurla başlayıblar

1382 09.05.2017

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olub

1404 19.02.2017