Milli komandamızın dünya çempionatının ilkin təsnifat mərhələsindəki rəqibləri məlumdur

27.06.2018
1438
Paylaş:

Gələn  il  noyabrın  29-dan  dekabrın  15-dək  Yaponiyada  qadın  həndbolçuların  dünya  çempionatının  ilk  təsnifat  mərhələsi  təşkil  olunacaq.

Şotlandiyanın  paytaxtı  Qlazqoda  atılan  püşkə  əsasən,  16  komanda  öz  rəqibini  tanıyıb.

Seçmə  komandamız  dördüncü  qrupda  Türkiyə,  Makedoniya  və  İslandiya  milliləri  ilə  mübarizə  aparacaq.

Qrup  liderləri  gələn  ilin  iyununda  keçiriləcək  pley-off  mərhələsinə  yüksələcəklər.  24  kollektivin  qatılacağı  dünya  çempionatında  Avropadan  13  milli  qüvvəsini  sınayacaq.  Son  dünya  çempionu  Fransa  seçməsi  təsnifatdan  azaddır.  Fransada  keçiriləcək  “EHF  EURO  2018”  turnirində  ilk  üçlükdə  yer  alacaq  komandalar  və  Avropa  pley-off  mərhələlərində  növbəti  mərhələyə  yüksələn  doqquz  kollektiv  mundialda  iştirak  hüququ  qazanacaq.

Digər Xəbərlər

Həndbol komandalarımız Türkiyəyə yollanacaqlar

1411 06.09.2017

Zəfər Gününüz Mübarək!

479 08.11.2024

“Dinamo” liderliyi davam etdirir

190 14.03.2025

“Astana” yarımfinala yüksəldi

529 29.08.2024

Kişi həndbolçulardan ibarət “Bakı” komandasının Avropa kubokundakı rəqibi bəlli olub

1326 11.09.2022

Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov Avropa çempionatında

1403 30.06.2022

Yeniyetmə həndbolçuların final yarışlarına start verilib

1617 14.04.2017

Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək

1205 19.10.2023