Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turniri davam edir. Yarışın ikinci günündə meydançaya əvvəlcə “Azəryol” və “Astana” komandaları çıxıblar. “AHF Arena”da keçirilən görüşü Ernest və Emil Ağakişi qardaşları idarə edib. Oyunun deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. Gərgin və maraqlı mübarizə ilə yadda qalan oyunda qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlığı ilə diqqət çəkən Qazaxıstan həndbolçuları çətinliklə də olsa etimadı doğruldublar. Baxmayaraq ki, ilk hissə “Azəryol”un üstünlüyü ilə yadda qalıb. Bərabər səviyyəli oyunla başlayan görüşün fasiləsinə üstün yollanmağa çalışan həndbolçularımız tapşırığı yerinə yetiriblər. Hissənin sonlarında yaranan fürsətləri layiqincə dəyərləndirən “Azəryol” 18:16 hesablı üstünlüyə yiyələnib.
Matçın ikinci hissəsi də demək olar ki eyni ssenari ilə keçib, amma bu hissənin sonluğu qonaqların aktivinə yazılıb. İki xal fərqi ilə irəli çıxan Qazaxıstan təmsilçisi bu üstünlüyü qoruyaraq görüşü qələbə ilə bitirib – 34:32. Beləliklə, ardıcıl iki qələbə qazanan “Astana” qrup lideri kimi yarımfinala yüksəlib.
Daha bir maraqlı görüş “Alatau Alurary” və Özbəkistan millisi arasında olub. Eldar Əmirov və Famil Qasımovun idarə etdiyi oyunun deleqatı beynəlxalq dərəcəli hakim Vaqif Əliyev olub. Qrup mərhələsinin ikinci turunun matçına qələbə üçün çıxan rəqiblərin dueli gözlənildiyi kimi gərgin alınıb. Hissənin ortalarında təşəbbüsə yiyələnən Özbəkistan həndbolçuları tədricən hesabda irəli çıxaraq fasiləyə 3 toplu üstünlüklə yollanıblar – 13:10.
Gərgin idman mübarizəsi şəraitində keçən ikinci hissədə bu üstünlüyü qorumaq mümkün olmayıb. Vəziyyəti dəyişmək üçün sonadək vuruşan Qazaxıstan həndbolçuları bunun bəhrəsini görüblər. “Alatau Arulary” son saniyələrdə vurulan qolla məğlubiyyətdən qurtulub - 23:23.
Azərbaycanın həndbol komandalarının avrokubok yarışlarındakı rəqibləri müəyyənləşəcək
2281
16.07.2018
Favoritlər asan qələbə qazanıblar
2304
14.04.2018
Gənc hakimlərimiz beynəlxalq təcrübə qazanır
1390
18.07.2025
AHF-nin iclası keçirilib
2466
12.09.2023
1/2 final: “Astana” (Qazaxıstan) - Özbəkistan millisi 35:36
1515
31.08.2024
Sergey Kambur “Azəryol” un baş məşqçisi təyin edilib
121
07.01.2026
IX turun son oyunlarının nəticələri
2071
04.02.2024
Həndbolçularımız Gürcüstana yollanacaqlar
2691
03.06.2019