Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü qızlar arasında keçirilən “Challenge Trophy” yarışının finalçıları məlumdur.
Yarımfinal görüşündə Lüksemburq seçməsinə 32:20 hesabı ilə qalib gələn Belçika komandası həlledici mərhələyə yüksəlib. Digər finalçı isə Estoniya kollektivini 30:24 hesabı ilə üstələyən Bosniya və Herseqovina kollektividir. Bürünc medalların sahibi Lüksemburq - Estoniya matçında məlum olacaq.
Günün paralel keçirilən digər oyunlarında Azərbaycan komandası Moldova millisinə 22:32 hesabı ilə uduzub. "KSPC Mejdan" arenada keçirilən görüşdə “söz sahibi” Bosniya və herseqovinalı İvan Dzolic və İvan Sarac olub. Avropa Həndbol Federasiyasını isə rusiyalı Luidmila Bodnieva və avstriyalı Helmut Ville təmsil edib.
Kipr - Böyük Britaniya matçında ada təmsilçiləri növbəti məğlubiyyətlə barışıblar - 19:24.
Təsəlliverici görüşlərdə Moldova Kiprlə, Azərbaycan Böyük Britaniya ilə qarşılaşacaq. Nəticələrə əsasən, 5-6 və 7-8-ci yerlərin sahibləri məlum olacaq.
Xatırladaq ki, yarışa iyunun 3-də yekun vurulacaq.
“Bakı-2017”: IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarına start verilib
2184
09.05.2017
Milli komandamız İtaliyaya yollanır
2597
30.07.2019
Çempionluq uğrunda gərgin mübarizə davam edir
2277
21.04.2018
İslamiada: Kişi həndbolçularımız Səudiyyə Ərəbistanı ilə görüşdə məğlub olublar
2383
10.05.2017
Yeniyetmə həndbolçularımız “Challenge Trophy” turnirində ilk oyuna çıxıblar
2298
30.05.2018
Azərbaycan kubokunun sahibləri müəyyənləşdi
2396
07.03.2018
Bakıda həndbol dərsləri keçiriləcək
2675
05.08.2018
“Azəryol” liderlə xal fərqini aradan qaldırıb
2681
09.03.2019