Şağan Olimpiya İdman Kompleksində 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyi və 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may - Müstəqillik Gününə həsr olunmuş Bakı şəhər birinciliyinə yekun vurulub.
Yarışın son günündə keçirilən oyunlarda oğlanlardan ibarət “Bakı 1” (Təhsil yığması) “Bakı 2” (6 saylı İOEUGİM) komandasını 26:8, “Gəncə” “Bakı 3” komandasını 26:18 hesabı ilə məğlub edib. Digər görüşlərdə “Bakı 2” (6 saylı İOEUGİM) “Bakı 3”ə 19:9, “Bakı 1” (Təhsil yığması) “Mingəçevir”ə 24:16 hesabı ilə qalib gəlib.
Qızların yarışında isə "2 saylı İOEUGİM" "6 saylı İOEUGİM-2" komandası üzərində qələbə çalıb – 14:9.
Nəticələrə əsasən, “Bakı 1” (Təhsil yığması) komandası 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin qalibi adını qazanıb. İlk üçlüyü “Bakı 2” (6 saylı İOEUGİM) və “Gəncə” komandaları qapayıblar.
2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may - Müstəqillik Gününə həsr olunmuş Bakı şəhər birinciliyi isə, "2 saylı İOEUGİM" kollektivinin qələbəsi ilə yekunlaşıb. 2-ci-3-cü yerləri müvafiq olaraq "6 saylı İOEUGİM-1" və "6 saylı İOEUGİM-2" komandaları tutublar.
Bağlanış mərasimində qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri İsgəndər Əsgərov onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb. Federasiyanın baş katibi Yusif Atakişiyev, həmçinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyevin də qatıldığı mükafatlandırma mərasimində idmançılara diplom, medal və hədiyyələr təqdim olunub.
Leyla İbrahimova “Kür”lə müqavilə imzaladı
250
31.10.2025
Qadın həndbolçuların Azərbaycan çempionatında VII turdan sonra turnir cədvəli
1887
23.01.2024
“Azəryol” həndbolçuları “İdman Akademiyası” kollektivini böyük hesabla məğlub ediblər
2787
06.11.2018
Ölkə çempionatında növbəti oyunlar olub
2227
03.12.2022
Həndbol üzrə yeni mövsümə start verilir
270
06.11.2025
Favoritlər etimadı doğruldublar
2411
21.01.2018
17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinin II turunun oyun cədvəli
2544
06.08.2023
Final: Özbəkistan millisi - “Azəryol” (Azərbaycan) 29:32
1505
01.09.2024