Beynəlxalq dərəcəli həndbol hakimlərimiz qitə miqyaslı yarışlara təyinat alıblar.
Vaqif Əliyev və Ələkbər Ağakişiyev kişilər arasında Avropa Həndbol Federasiyası (EHF) kubokunun “Koks” (Finlandiya) – “RD Riko Ribnika” (Sloveniya) matçını idarə edəcək. Noyabrın 19-da “Suintino” arenasında keçiriləcək görüşün EHF nümayəndəsi litvalı Tadas Cansonas olacaq.
Noyabrın 25-də Emil və Ernest Ağakişi qardaşlarından ibarət hakimlər briqadamız kişi həndbolçuların “Çağırış kuboku”nun “Qranitas – Karus Karinas” (Litva) – “HC Evrofarm Rabotnik” (Makedoniya) matçında ədaləti təmsil edəcək. “Kaunas” arenadakı qarşılaşmada EHF-nin nümayəndəsi qismində rumıniyalı Remus Kojocaru təmsil olunacaq.
Təcrübəli həndbol referimiz İsgəndər Əsgərov isə noyabr ayının 24-ü və 26-da “Çağırış kuboku” çərçivəsində qarşılaşacaq Türkiyənin “Göztəpə SK” və Yunanıstanın “A.C. PAOK” komandalarının mübarizəsində EHF nümayəndəsi kimi fəaliyyət göstərəcək. İzmirin “Bornova Atatürk Spor Kompleksi”ndə keçiriləcək oyunu lüksemburqlu Alain Rauçs və Filip Linster idarə edəcək.
XXXII Azərbaycan çempionatı: I turun oyun cədvəli
237
07.11.2025
Avropa çempionatı: LTU (Litva) - ESP (İspaniya) 19:41
2300
12.08.2023
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olub
2619
11.04.2022
Ölkə çempionatında növbəti tur başlanır
1273
13.05.2025
Kişi həndbolçuların Azərbaycan çempionatında X turdan sonra turnir cədvəli
2298
13.02.2024
Kişi həndbolçularımız Bolqarıstanda qələbələri sıralayırlar
2422
17.06.2017
Azərbaycan çempionatı: Mövsümdə ilk dəfə bərabərlik qeydə alındı
1917
18.12.2023
Orxan Abbasov Beynəlxalq Həndbol Federasiyasının Konqresinə qatılacaq
2495
06.11.2017