Həndbol üzrə Azərbaycan çempionatı davam edir.
Şağan Olimpiya Kompleksində keçirilən yarışın növbəti oyun günündə meydançaya əvvəlcə kişilərdən ibarət "Məhsul" və "Bakı" komandaları çıxıblar. Gərgin mübarizə vəd edən görüşdə çempionatın liderinə bəslənən ümidlər özünü doğruldub. "Məhsul"un ciddi müqavimətinə rəğmən sonadək yüksək əzmkarlıq göstərən "Bakı" matçı qələbə ilə başa vurub - 28-25.
U-18 İdman Akademiyası - "Təhsil" görüşü də maraqlı idman mübarizəsi şəraitində keçib. Oyuna qələbə əzmi ilə çıxan "tələbələr" çətinliklə də olsa tapşırığı yerinə yetiriblər. Oyun 27-25 hesabı ilə başa çatıb.
"Gənclər Birliyi" - U-16 matçında nominal qonaqların imkanları yüksək qiymətləndirilirdi. Bütün oyun boyu təşəbbüsü əldən verməyən U-16 komandası bu cür düşünənlərin yanılmadığını inamlı qələbə ilə sübut edib - 32:17.
Qadın həndbolçuların yarışında da növbəti turun görüşləri favoritlərin üstünlüyü ilə yadda qalıb. "Qarabağ" - "İdman Akademiyası" matçında rəqibi əksər komponentlərdə geridə qoyan "Qarabağ" 28:18 hesablı qələbə çalıb.
"Azərsu" - "Azəryol" qarşılaşmasında isə çempionatın əsas favoriti pərəstişkarlarını sevindirib. "Azərsu" həndbolçuları daha keyfiyyətli oyun nümayiş etdirən rəqibin qarşısını almaqda çətinlik çəkiblər - 12:32.
Kişi həndbolçuların 6-cı turunun oyunlarında isə "Bakı" – "Gənclər Birliyi"nə 33:26, U-16 - U-18 İdman Akademiyasına 28:25, "Təhsil" "Məhsul"a 31:26 hesabı ilə qalib gəlib.
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnirə yekun vurulub
2569
10.05.2022
İsgəndər Əsgərovun 65 yaşı tamam olur
1984
02.06.2024
“Kür” zirvəni qorumaqdadır
1119
24.04.2025
Millimiz məşqləri Mingəçevirdə davam etdirir
350
23.10.2025
Çempionluq uğrunda mübarizə davam edir
1133
09.05.2025
Müstəqillik Gününüz mübarək!
1442
28.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
1117
10.05.2025
“Nur” komandası növbəti yoxlama oyununu da qələbə ilə bitirib
2614
09.09.2017