Vitse-prezident: “Azərbaycan həndbolunun beynəlxalq mövqeyinin gücləndirilməsi əsas prioritetimizdir”
Beynəlxalq Həndbol Federasiyasının (IHF) rəhbərliyi üzv federasiyaların nümayəndələri və beynəlxalq komissiyaların təmsilçiləri ilə görüşlər keçirərək inkişaf proqramları, texniki əməkdaşlıq və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparıb.
Bu sözləri Azərbaycan Həndbol Federasiyasının vitse -prezidenti Orxan Abbasov deyib.
O, IHF-in 40-cı Konqresində iştirakın Azərbaycan həndbolunun beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Bu platforma vasitəsilə ölkəmizin həndbol sahəsində prioritetlərini beynəlxalq tərəfdaşlara çatdırır, yeni əməkdaşlıq imkanlarını müzakirə edirik. Məqsədimiz Azərbaycan həndbolunun inkişafını sürətləndirmək və beynəlxalq layihələrdə daha fəal iştirak etməkdir. İnanıram ki, Azərbaycan Həndbol Federasiyası beynəlxalq həndbol ailəsində fəal iştirakını davam etdirərək ölkəmizin idman nüfuzunun yüksəldilməsinə öz töhfəsini verəcək”.
Millimiz Dünya çempionatına qatılacaq
2271
24.04.2023
Favoritlər turu qələbə ilə başa vurdular
2670
11.11.2018
Saleh Məmmədov yenidən Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib
2930
03.02.2022
“Bakı” həndbol komandası “Çağırış kuboku” uğrunda turnirdə ilk oyununa çıxıb
2439
13.10.2018
“Azəryol” və “Kür” ilk iki pilləni bölüşür
1405
16.01.2025
Həndbol yarışları dayandırıldı
2617
16.03.2020
Azərbaycan Həndbol Federasiyasının rəsmisi növbəti təyinat alıb
1969
17.01.2024
Ötən mövsümün mükafatçıları yenidən üz-üzə
1494
15.10.2024