Vitse-prezident: “Azərbaycan həndbolunun beynəlxalq mövqeyinin gücləndirilməsi əsas prioritetimizdir”

23.12.2025
155
Paylaş:

 


Vitse-prezident: “Azərbaycan həndbolunun beynəlxalq mövqeyinin gücləndirilməsi əsas prioritetimizdir”


Beynəlxalq Həndbol Federasiyasının  (IHF) rəhbərliyi  üzv federasiyaların nümayəndələri və beynəlxalq komissiyaların təmsilçiləri ilə görüşlər keçirərək inkişaf proqramları, texniki əməkdaşlıq və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparıb.


Bu sözləri Azərbaycan Həndbol Federasiyasının vitse -prezidenti Orxan Abbasov deyib.


O, IHF-in 40-cı Konqresində iştirakın  Azərbaycan həndbolunun beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Bu platforma vasitəsilə ölkəmizin həndbol sahəsində prioritetlərini beynəlxalq tərəfdaşlara çatdırır, yeni əməkdaşlıq imkanlarını müzakirə edirik. Məqsədimiz Azərbaycan həndbolunun inkişafını sürətləndirmək və beynəlxalq layihələrdə daha fəal iştirak etməkdir. İnanıram ki, Azərbaycan Həndbol Federasiyası beynəlxalq həndbol ailəsində fəal iştirakını davam etdirərək ölkəmizin idman nüfuzunun yüksəldilməsinə  öz töhfəsini verəcək”.


 

Digər Xəbərlər

İsgəndər Əsgərov Buxarestə yollanacaq

2857 19.03.2019

3-cü yer uğrunda: “Astana” (Qazaxıstan) - “Qarabağ” (Azərbaycan) 28:32

1599 01.09.2024

Qadın həndbolçularımız Ukraynaya yola düşüblər

2516 08.04.2017

Çempionatın iddialıları 5-ci turda üz-üzə gələcək

63 16.01.2026

“Kür” mövsümü çempion üzərində qələbə ilə bitirdi

1754 13.05.2024

İslamiada: Təsəlliverici görüşlərdə Azərbaycan və Pakistan komandaları qələbə qazanıb

2321 12.05.2017

Azərbaycan millisi Ermənistan komandasını məğlubiyyətlə barışdırıb

2457 17.06.2017

Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında mübarizə yekunlaşır

2250 20.08.2017