“Kür” mövsümü çempion üzərində qələbə ilə bitirdi

13.05.2024
1756
Paylaş:

Qadın həndbolçuların Azərbaycan çempionatı başa çatıb. Yarışa Mingəçevirdə yekun vurulub. “Kür” Olimpiya İdman Tədris Mərkəzində keçirilən oyunda çempion “Qarabağ” gümüş medalların sahibi “Kür”ün qonağı olub. XVI turun qarşılaşmasını Ləman Həmidova ilə Aydan Hüseynova idarə edib. Oyunun deleqatı isə beynəlxalq dərəcəli hakim Ələkbər Ağakişiyeva olub.


Bu, rəqiblərin yubiley çempionatındakı 4-cü görüşü idi. Bunadək keçirilən hər üçün oyunda “Qarabağ” qalib gəlmişdi. Mövsümün son matçında uğursuz seriyaya son qoymaq niyyətində olan Mingəçevir həndbolçuları meydançaya qələbə əzmi ilə çıxmışdılar. İstəklərini ilk dəqiqələrdən büruzə verən ev sahibləri startdakı fəallığı tabloda əks etdiriblər. Sürətli hücumları effektli alınan yerli komanda hesabda irəli çıxıb. Paytaxt həndbolçuları hissənin sonlarına yaxın fərqi iki topadək azaltsalar da fasiləyə “Kür” komandası üstün yollanıb - 16:14.


Oyunun ikinci hissəsi də eyni məcrada davam edib. Qələbəyə daha istəkli görünən Mingəçevir təmsilçisi rəqibin səhvlərindən faydalanaraq üstünlüyü bir qədər də artırıb. Bunun məntiqi nəticəsi kimi oyun 36:26 hesabı ilə başa çatıb. Qələbə sayəsində çempion “Qarabağ”la xal fərqini minimuma endirən “Kür” komandası mövsümü 25 xalla ikinci pillədə başa vurub. Aktivində 21 xalı olan “Azəryol” ilk üçlüyü qapayıb. 

Digər Xəbərlər

Azərbaycan çempionatı: II dövrənin növbəti turları yekunlaşıb

2561 06.03.2023

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla anırıq!

193 12.12.2025

Həndbol üzrə Azərbaycan kuboku turnirinə start verilib

2427 14.12.2018

Yeniyetmə həndbolçuların yarışında növbəti oyunlar olub

2325 13.04.2017

3-cü yer uğrunda: “Astana” (Qazaxıstan) - “Qarabağ” (Azərbaycan) 28:32

1599 01.09.2024

Vidadi Əliyev cənub bölgəsinə koordinator təyin olunub

237 04.12.2025

Liderlərdən növbəti qələbə

2627 17.02.2018

17 yaşadək qızlar arasında "IHF Trophy" turniri: Azərbaycan - Bolqarıstan 25:48

2182 13.10.2023