Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası VI İslam Həmrəyliyi Oyunlarına hazırlığını davam etdirir. Baş məşqçi Aleksandr Revva hazırlıq prosesi, rəqiblər və qarşıdakı hədəflər barədə fikirlərini bölüşüb.
-Komandanın İslamiadaya hazırlığı necə gedir?
-Hazırlığın ilk mərhələsini Bakıda keçdik, hazırda isə on günlük təlim-məşq toplanışı üçün Mingəçevirdəyik. Burada xüsusi fiziki hazırlığı texniki-taktiki çalışmalarla birləşdiririk. Oyun təcrübəsini artırmaq məqsədilə ‘Kür’ komandası ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. Toplanış ayın 30-dək davam edəcək, yekun mərhələ isə Bakıda təşkil olunacaq. Ümumilikdə, oyunçuların məşqlərə yanaşmasından və göstərdikləri fədakarlıqlardan çox razıyam.
-Rəqiblər barədə məlumat varmı?
-Hazırda rəqiblərlə bağlı tam məlumat yoxdur. Çünki iştirakçı komandaların bəziləri hələ turnirdə iştiraklarını rəsmən təsdiqləməyiblər.
-Millinin turnirdəki hədəfi nədir?
-Biz bu yarışa ciddi məqsədlərlə hazırlaşırıq. Əsas hədəfimiz medallar uğrunda mübarizə aparmaq, ən azı mükafatçılar sırasına düşməkdir. Komandamız bu məqsədə çatmaq üçün bütün gücü ilə çalışacaq.
Həndbol üzrə Azərbaycan çempionatında 3 oyun keçirilib
2127
16.02.2017
"Bakı" "Qarabağ"ı üstələd
967
19.04.2025
Azərbaycanlı hakimlər yeni təyinat alıblar
2495
30.08.2019
Millimiz Dünya çempionatına qatılacaq
2122
24.04.2023
Final: Özbəkistan millisi - “Azəryol” (Azərbaycan) 29:32
1325
01.09.2024
"Bakı" və “Azəryol” azarkeşlərini sevindirdi
902
05.04.2025
“Azəryol” çempionluğa doğru irəliləyir
1231
03.02.2025
Həndbol hakimlərimiz EHF kuboku oyununu idarə edəcəklər
2158
30.08.2017