Yeniyetmə həndbolçularımız beynəlxalq yarışa qatılacaqlar

23.05.2018
2546
Paylaş:

Mayın  29-dan  iyunun  3-dək,  Bosniya  və  Herseqovinanın  Tuzla  şəhərində  2000-2001-ci  il  təvəllüdlü  həndbolçu  qızlar  arasında  “Challenge  Trophy”  yarışı  keçiriləcək.

Avropa  ölkələrini  təmsil  edən  8  komanda  iki  qrupda  mübarizə  aparacaq.

Azərbaycan  seçməsi  Böyük  Britaniya,  Bosniya  və  Herseqovina  və  Lüksemburq  milliləri  ilə  birlikdə  “B”  qrupunda  yer  alacaq.  Estoniya,  Moldova,  Belçika  və  Kipr  kollektivləri  isə  “A”  qrupunda  bacarığını  göstərəcək.

Yarış  iştirakçıları  mayın  29-dan  31-dək  qrup  oyunlarında  qüvvələrini  sınayacaqlar.  İyunun  2-də  yarımfinal  görüşləri,  bir  gün  sonra  isə  final  matçı  keçiriləcək.

Digər Xəbərlər

Azərbaycan çempionatı: "Kür" – "Bakı" 26:25 (16:14)

1462 13.10.2024

Bakıda həndbol üzrə ölkə birinciliyinin final mərhələsi başlayır

1360 05.06.2025

İsgəndər Əsgərov yeni təyinat alıb

2558 25.11.2021

Azərbaycan çempionatı, II tur: Oyun cədvəli

2141 17.11.2023

Azərbaycan çempionatında təxirə salınmış oyunlar keçirilib

2265 22.05.2023

Avropa Kuboku, III mərhələ: Haukar (İslandiya) - Kür (Azərbaycan) 30:25 (13:13)

1459 30.11.2024

Avropa Kuboku: Garabagh HC - KH-7 BM. Granollers 15:48

2193 30.09.2023

"Bakı" liderlə xal fərqini azaltdı

1089 10.05.2025