Həndbol üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

16.02.2017
1296
Paylaş:

Fevralın  16-da  həndbol  üzrə  Azərbaycan  çempionatının  rəsmi  açılışı  olub.

Aşılış  mərasimində  çıxış  edən   Azərbaycan  Həndbol  Federasiyasının  prezidenti  Saleh  Məmmədov  həndbolçuları   salamlayaraq   24-cü  respublika  çempionatının  iştirakçıları  barədə  məlumat  verib.

Federasiya  rəhbəri  bildirib  ki,  ölkə  başçısı,  Milli  Olimpiya  Komitəsinin  prezidenti  İlham  Əliyevin  diqqət  və  qayğısı  nəticəsində  2017-ci  ildə  federasiyada  edilən  dəyişiklik   ölkəmizdə  həndbolun  inkişafına  təkan  verəcək.

Bu  günün  Azərbaycan  həndbolu  üçün  əlamətdar  və  yadda  qalan  bir   tarix  olduğunu  deyən Milli  Olimpiya  Komitəsinin  vitse-prezidenti  Çingiz  Hüseynzadə   çempionatın  uğurlu  alınacağına  inandığını  bildirib.  Respublikamızda  həndbolun  ənənələrini  xatırladan   Çingiz  Hüseynzadə  ölkə  çempionatı  ilə  yanaşı,  4-cü  İslam  Həmrəyliyi  Oyunlarında  iştirak  edəcək  kişi  və  qadın  komandalarına   uğurlar  arzulayıb.

Gənclər  və  İdman  Nazirliyinin  idman  şöbəsinin  müdiri,  olimpiya  çempionu  Fərid  Mansurov   iştirakçıları  salamlayaraq   həndbolun  sevimli  idman  növlərindən  biri  olduğunu  vurğulayıb.

Qeyd  edək  ki,  kişi  həndbolçuların  yarışında  “RİOEUGİM”,  “Təhsil”,  “Məhsul”,  “Nəsimi”,  qadınların  çempionatında  isə,   “Azəryol”,  “Nur”,  “Gənclər  Birliyi”  və  “Qarabağ”  komandaları  mübarizə  aparacaq.  Çempionatın  birinci  dövrəsi  fevralın  19-da  yekunlaşacaq.  İkinci  dövrənin  oyunları  isə  martda  başlanacaq.

Digər Xəbərlər

Azərbaycan çempionatı, II tur: Oyun cədvəli

1026 17.11.2023

X turun növbəti oyunlarının nəticələri

938 10.02.2024

U18 Avropa çempionatı: Azərbaycan - Bolqarıstan 22:48

572 12.08.2024

“Kür” yenidən zirvəni ələ keçirdi

927 26.03.2024

“Azəryol” klubu Avropa Həndbol Federasiyası kubokunda növbəti oyununu keçirib

1539 08.09.2019

Favoritlərdən növbəti qələbələr

1565 10.03.2019

Azərbaycan çempionatı: "Azəryol" - "Bakı" 29:31 (14:15)

373 28.11.2024

“Qarabağ” əzmkar qələbə qazandı

629 21.09.2024