Qazaxıstan klubu Bakıda daha iki yoxlama oyunu keçirdi

05.11.2024
384
Paylaş:

Qazaxıstanın kişi həndbolçulardan ibarət “Turan” komandasının Bakıdakı təlim-məşq toplanışı davam edir. İlk yoxlama görüşündə “Azəryol”a 28-34 hesabı ilə məğlub olan Asiya təmsilçiləri bu dəfə “Dinamo” ilə qarşılaşıb. Gərgin keçən mübarizə “Turan”ın 31-27 hesablı qələbəsi ilə başa çatıb. Digər yoxlama oyununda isə  həndbolçularımızın qələbəsi qeydə alınıb. “Turan” - “Bakı” görüşündə komandamız üstün olub. Qarşılaşmanın startından təşəbbüsə yiyələnən paytaxt klubu yekunda 38-28 hesabı ilə qalib gəlib.


 Qeyd edək ki, “AHF Arena” idman kompleksində təşkil olunan hazırlıq prosesinə “Turan” komandasının 25 həndbolçusu qatılıb. Noyabrın 6-da yekun vurulacaq Bakı toplanışında məqsəd qarşıdakı yarışlara  daha səmərəli hazırlaşmaq, Azərbaycan klubları ilə təcrübə mübadiləsi aparmaqdır.

Digər Xəbərlər

Azərbaycanın kişi və qadın həndbolçularının rəqibləri müəyyən olub

1401 05.07.2022

Həndbol hakimlərimiz EHF kuboku oyununu idarə edəcəklər

1283 30.08.2017

Qadın həndbolçuların Azərbaycan çempionatına start verilib

1677 19.11.2022

Həndbol hakimlərimiz Çempionlar Liqasında

1506 29.01.2021

"Azəryol" və "Qarabağ"ın növbəti qələbəsi

1397 20.02.2020

Avropa Kuboku: Azeryol HC - ZRK Krivaja 25:26

1224 01.10.2023

XXIX Azərbaycan çempionatına kişi həndbolçuların mübarizəsi ilə start verilib

1275 11.11.2022

Ölkə kuboku turnirinə start verilib

60 26.04.2025