Ölkə çempionu “Qarabağ” Avropa kubokunda mübarizəyə 1/32 finaldan başlayacaq. İlk rəqib Lüksemburqun “Differdanj” klubudur. Qarşılıqlı razılaşmaya əsasən mərhələnin hər iki oyunu Bakıda olacaq. Oktyabrın 5-də “AHF Arena” İdman Kompleksində keçiriləcək ilk oyunda “Qarabağ” komandası nominal meydan sahibi olacaq. Qarşılaşma saat 14:45-ə təyin olunub. Bu komandaların cavab matçı isə 1 gün sonra, elə eyni saatda keçiriləcək. Turnirdəki digər təmsilçimiz “Azəryol” da rəqibi ilə Bakıda, “AHF Arena”da qarşılaşacaq. Ukraynanın “Qaliçanka” klubu ilə matçlar oktyabrın 5-də və 6-da saat 17-də olacaq.
Azərbaycan kubokunun qalibi “Kür” isə Yunanıstan təmsilçisi “İonias” ilə səfərdə üz-üzə gələcək. Oktyabrın 5-i Afinanın Gimnastika Arenasında keçiriləcək ilk matçın start fiti Bakı vaxtı ilə saat 19-da səsləndiriləcək. Ertəsi gün isə bu komandaların dueli saat 17:30-da start götürəcək.
Kişi həndbolçulardan ibarət “Kür” klubu Avropa Kubokuna mübarizəyə “Parnassos Strovolou” komandası ilə oyunlarla başlayacaq. Kipr təmsilçisi ilə qarşılaşmalar Mingəçevirdə Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq. İlk oyun oktyabrın 26-ı saat 17-də, cavab matçı isə bir gün sonra saat 16-da keçiriləcək.
Ölkə çempionatının gümüş mükafatçısı “Bakı” isə səfərdə meydana çıxacaq. Monteneqronun “Lovçen Çetine” komandası ilə hər iki matç rəqib meydanında oynanılacaq. Oktyabrın 26 və 27-ə təyin olunan qarşılaşmalar Bakı vaxtı ilə saat 20-də start götürəcək.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
11.12.2025
"Qarabağ"dan ardıcıl ikinci qələbə
“Kür” rəqiblərini qabaqlayır
1237
22.01.2025
"Qarabağ"ın heyətində yeni məşqçi
319
01.10.2025
Beynəlxalq turnirin ilk oyun gününün cədvəli
1720
27.08.2024
Avropa çempionatı: ESP (İspaniya) - SLO (Sloveniya) 28:20
2042
13.08.2023
Hər iki hissədə bərabərlik
1039
13.04.2025
Azərbaycan çempionatı, XII tur: “Kür”- “Azəryol” 24:24 (13:11)
1186
26.01.2025
Liderlərin mübarizəsindən "Məhsul" qalib ayrılıb
2060
14.12.2019
Həndbol hakimləri mükafatlandırıldı
2538
27.11.2021