Həndbol üzrə Avropa Kubokunda təmsil edəcək komandalarımızın rəqibləri müəyyənləşib.
Qitə miqyaslı yarışda həm kişi, həm qadın həndbolçularımız mübarizə aparacaq.
2024/25-ci il mövsümünün püşkünə əsasən kişilərdən ibarət "Kür" komandasının rəqibi Kipr təmsilçisi olacaq. Ölkə çempionu “Stravolo” kollektivi ilə qarşılaşacaq. Çempionatın gümüş mükafatçısı “Bakı” isə startda Monteneqronun “Lofçen Çetinye” komandası ilə görüşəcək.
Qadın komandalarımızdan Avropa səhnəsində “Kür”, “Qarabağ” və “Azəryol” iştirak edəcək. Azərbaycan kubokunun qalibi olan “Kür” Yunanıstan təmsilçisi “İonias”, ölkə çempionu “Qarabağ” Lüksemburqun “Differdanj”, “Azəryol” isə Ukraynanın “Qaliçanka” klubunun həndbolçuları ilə qarşılaşacaq. Təmsilçilərimiz yarışa 2-ci mərhələdən başlayacaq.
Kişilərin turnirində bu raundun oyunları oktyabrın 19-20-i və 26-27-də, qadınların yarışında isə oktyabrın 5-6-ı və 12-13-də keçiriləcək. Avropa kuboku turnirində qitənin 63 kişi və 64 qadın komandası çıxış edəcək.
Ölkə çempionatının növbəti oyunlarında favoritlər qələbə qazanıblar
2304
15.10.2017
AHF-də iclas keçirilib
2833
14.11.2021
Kişi həndbolçularımız Ukraynanın “Şaxtyor” komandasını məğlubiyyətə uğradıblar
2463
04.05.2017
Kişi həndbolçuların pley-off görüşləri davam edir
2374
08.04.2018
Həftəsonu Azərbaycan çempionatında maraqlı oyunlar gözlənilir
1095
04.04.2025
Qadın həndbolçularımız Gürcüstanın yığma komandasına qalib gəliblər
2402
22.06.2022
VII turun növbəti oyunlarının nəticələri
2153
13.01.2024
Kişi həndbolçulardan ibarət “Bakı” komandası məşqləri Mingəçevirdə davam etdirəcək
2639
24.08.2018